“Kanal32″Media Şəbəkəsi ( İnformasiya Agentliyi ) 2018-ci il iyul ayının 22-də təsis olunub.Geniş əhatəli bir layihə olan bu Media şəbəkəsinin (İnformasiya Agentliyinin) əsas məqəsdi ölkəmizdə və dünyada baş verən müxtəlif səpkili olayları (hadisələri) operativ və obyektiv şəkildə oxuculara çatdırmaqdır.Başlıca məqsədlərimizdən biri də regionun lider dövləti kimi Azərbaycanın tarixi,mədəni və iqtisadi imkanlarını dünyaya tanıtmaq,Qarabağ həqiqətlərini yaymaq,erməniləri bizimlə apardıqları “informasiya savaşı”nda üstələməkdən ibarətdir.Həmçinin,bu media layihəsinin hədəflərindən biri də yaxın zaman kəsiyində onlayın TV yayımı,o cümlədən rus,ərəb və ingilis dilində xəbərləri yaymaqdan ibarətdir.
“Kanal32” İnformasiya Agentliyi bir media qurumu olaraq ölkəmizdə və Türk dünyasında qüvvədə olan hüquqi prinsiplər əsasında fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla,ictimai birliklərlə,o cümlədən QHT-lərlə əməkdşalıq etməyə hazırdır və onları qarşılıqlı əməkdaşlığa dəvət edir.
“Kanal32” İnformasiya Agentliyi araşdırma,təhlil və analitik tipli yazıları da oxuculara təqdim etməyi qarşısına məqsəd qoyub.Bu layihə həm də hər bir azərbayacan vətəndaşının öz haqq səsini duyurmaq üçün açıq kürsü funksiyasını yerinə yetirəcək.Hazırda kanal32 youtube kanalı da fəaliyyətdədir.
“Kanal32″ Media şirkətinin (İnformasiya Agentliyinin)təsisçisi və Baş direktoru AJB-nin üzvü,”Həsən bəy Zərdabi”mükafatı laueratı,telejurnalist İnqilab Şirinsoydur.
Onu da qeyd edək ki,”Kanal32” Media şəbəkəsinin idarə heyəti ziyalılardan və peşəkar jurnalistlərdən təşkil olunub.
REDAKSİYA HEYƏTİ:
Bünyad Şirinl-Xüsusi üzrə müxbir
Esmira Hidayətova-Xüsusi müxbir
Əfqan Şirinov– Hüquq məsələləri üzrə müxbir
İxtiyar Həsənli-Xüsusi müxbir
Elman Nəbiyev-Reportyor-operator
Əli Quliyev-Qərb bölgəsi üzrə müxbir
Fərid Hacıyev-Texniki işlər üzrə mütəxəssis