“Türk dünyasına gedən yol Qarabağdan keçir”.
Bunu türkiyəli politoloq və ünlü iş adamı Hakan Aktürk Baku TV-nin canlı yayımında Zəfər Günü ilə bağlı danışarkən deyib.
O bildirib ki, Prezident İlham Əliyevin möhkəm iradəsi nəticəsində Azərbaycan illərlə işğal altında qalan torpaqlarını azad edib.
“Bu gün Şuşa, Qarabağ hamımızın ürəyində cənnət yurdudur. Çünki Qafqazdakı qəlbimiz Azərbaycandır. Artıq hər Türkiyə Respublikası vətəndaşı qarabağlıdır. İllərlə bütün türk dünyası olaraq oranın həsrətini çəkmişik”, – deyə politoloq bildirib.
H.Aktürk qeyd edib ki, ermənilər Qarabağda bir ağac belə əkmədikləri üçün gedərkən də oranı yandırdılar, xarabalığa çevirdilər.
“Çünki vətən, torpaq onların deyildi. Torpaq azərbaycanlıların idi”, – deyə o əlavə edib.