“Qərbi Zəngəzura qayıdışımız Laçından başlayacaq”
Bu fikirləri bu gün Laçında keçirilən “Can Laçın” adlı tədbirdə iştirakı zamanı hərbi ekspert Ədalət Verdiyev səsləndirib. “Azərbaycan suverenliyi və ərazi bütövlüyünü tam bərpa etdikdən sonra, biz qalib xalq kimi ilk dəfədir ki, Laçın rayonunda belə bir şənlik təşkil edirik. Bu şənliklərin təşkil olunmasında ali baş komandan və şəhidlərimizin, ordumuzun müstəsna əməyi var. Bu qələbənin əsas qəhrəmanı bizim döyüşçülərimiz, şəhidlərimizdir. Vaxtı ilə biz böyük itkilərlə üzləşdik. Həm ərazi itirirdik, həmdə əsgər yoldaşlarımıxı, zabitlərimizi, yaxınlarınızı itirirdik. Amma, bu gün biz qalib vətəndaş kimi, qalib ordunun nümayəndələri kimi, qalib” deyə bildirib.
Ə. Verdiyev fikirlərini davam etdirərək onu da bildirib ki,xalq kimi bu bayramı haqqımız olaraq qeyd edirik. Bizim bu qayıdışımız bütün dünyaya bir mesajdır. Bu gün Laçında qalan Oğuz tonqalının nuru bütün Qafqaza, regiona və regionun hüdudlarından kənara da yayılacaq. Bu bir daha onu deməyə əsas verir ki, bizim Zəngəzura qayıdışımızda Laçından başlayacaq.
Qeyd edək ki, bu gün Laçında 32 ildən sonra ilk dəfədir ki, Novruz adətləri yerinə yetirilir.
Daşqın