Hər tibbi xalat geyinənə həkim demək olarmı?-FOTOLAR

Hər tibbi xalat geyinən “həkim” deyil…

TikTok, Instagram,YouTube və digər sosial mediada sağlamlıq,tibbi müayinə,konsultasiya,xəstəliklərin müalicəsi  kimi məlumatlarını yaymaq üçün əla mənbələrdir, lakin biz yalan və ya yanıldıcı iddialara daha çox rastlaşırıq.

Sosial media vasitəsilə sağlamlıq haqqında məlumat və məsləhət almaq bu günlərdə olduqca yalnışdır.

Tanınmış saytlarda, müxtəlif platformalar sağlamlıq haqqında məlumat mənbəyi olsa da, tibbi məsləhət üçün ona etibar etmək təhlükəli ola bilər. Qeyri-dəqiq yazılar,  videolar hələ də platformalarda çoxlu dezinformasiya təşkil edir insanları yalan iddialara qarşı həssas edir.

Tibbi xalat geyinib özünü “Həkim” kimi təqdim etməklə məsləhətlər verirlər, onlayn konsultasiya edirlər,dərman reseptləri yazırlar, diaqnozlar qoyurlar.

Əslində saxta yollarla fəaliyyət göstərən bu cür “həkimlər” tibbi təhsilə deyil, yalnız orta təhsilə malik olduqlarından, sosial media platformalarında açıqlamaları ciddi klinik nəticələri ola bilər və bugünkü zəmanəmizin qorxulu xəstəlikləri olan hepatit B, hepatit C və “SPID”in və digər yolxucu xəstəliklərin geniş yayılmasında böyük rol oynayırlar.

Bəs vətəndaş həkimin peşəkar olub-olmadığını necə müəyyənləşdirə bilər?

Hər bir vətəndaşın müraciət etdiyi  həkimin klinikada, yaxud mərkəzdə ixtisaslı olub-olmadığını, ixtisası üzrə fəaliyyət göstərdiyini müəyyən etmək üçün sənəd tələb etmək haqqı var.

Konsultasiya zamanı həkimin danışığından, davranışından da  savadını müəyyən etmək olar.

Bəzən xəstə bir neçə həkimə müraciət edir, onların arasında peşəkar həkimin olmaması nəticəsində milli səhiyyəyə güvən azalır. Bu cür faktorlar yetərincədir.

Səhv diaqnozun qoyulmasında əsas səbəb həkimin yanlışlıqları ilə əlaqəlidir, bu məhz həkimin tibbi təfəkkürünün, məntiqinin yetəri qədər olmamasından, yaxud təcrübəsinin az olmasından qaynaqlana bilər

Yanlış diaqnozların çoxalması qeyri-peşəkarlıq, klinikaların həddən artıq çox olması və onların öz təyinatlarına uyğun şəkildə fəaliyyət göstərməməsi, onlar üzərində nəzarət sisteminin  düzgün təmin olunmamasından qaynaqlanır

Əsas prinsip ondan ibarətdir ki, hərə bir sahənin mütəxəssisi olmalıdır, hər sahə üzrə bir mütəxəssis, peşəkar fəaliyyət göstərməlidir və bütün diaqnozların qoyulması və müalicələrin aparılması kliniki protokollar əsasında həyata keçirilməlidir.

Təəssüflər olsun ki buna baxmayaraq  bəzi Mərkəzlərdə klinikanın biznesi və “həkimin” şəxsi mənfəətləri ön plana çəkilir.

Ən önəmlisi, sosial şəbəkələrdə yayılan reklamlara inanmayın.!

Həkiminizi  secəndə diqqətli olun,ciddi araşdırmalar aparın.Cünki insana  ən vacib olan onun sağlamlığıdır.

Sağlamlığınınızı mütəxəssislərə həvalə edin.!

Fəxri Həsənov,

Həkim-reabilitoloq

Kanal32.az