Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı və…

Sabiq deputat, Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldığını açıqlayıb.

KANAL32.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında məlumat paylaşıb.

Hacıbəylinin sözlərinə görə, İstanbulda kirayədə yaşadığı mənzildə Türkiyə təhlükəsizlik orqanları tərəfindən saxlanılaraq karakola aparılıb:
“Oğlumla birlikdə evdə olduğumuz vaxt qapını döydülər. Əmniyyət əməkdaşları məni karakola aparacaqlarını bildirdilər. Türkiyəyə 25 sentyabrda gəlmişəm, qalma müddətim bitməyib, iki illik oturma iznim də var”, – o qeyd edib.
Qeyd edək ki,Gültəkin Hacıbəylinin adı “Ramiz Mehdiyevin işi”ndə hallanır. Dünən AXCP sədri Əli Kərimli də DTX tərəfindən saxlanılıb. Məlumatlara görə, ona qarşı irəli sürülən ittihamlar “hakimiyyəti zorla ələ keçirməyə cəhd” maddəsi və digər əlaqəli epizodlarla bağlıdır. Faktla bağlı istintaq davam edir.
Gültəkin Hacıbəyli Türkiyədə saxlanıldı və...