Xatirələr yaddaşın güzgüsüdür deyilər, Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasının məzunu və Avropa reytinqində beşinci sırada qərarlaşan ETH Sürix Universitetinin tələbəsi Vüsal Hümbətzadə müəllimlərinim yaddaşında necə tələbə kimi qalıb?
50-dən çox müəllim və dövlət rəsmiləri nələr danışıb?.
Kanal32.az MÜSAHİBƏNİ təqdim edir:
— Azərbaycan Dillər Universitetinin dekanı, filologiya elmləri doktoru, prof. Fikrət Cahangirov:
Təhsil fakültəsinin dekanı vəzifəsində işlədiyim müddətdə Universitetimizin bütün fakültələrinin tələbələri ilə səmimi ünsiyyətim olub. Nədənsə, Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Vüsal Hümbətzadə 1-ci kursa qəbul olunduğu ilk günlərdən diqqətimi çəkdi. İlk baxışdan sakit təbiətli görünsə də, daxili energiyası yüksək idi və müsbət təsir bağışlayırdı. Ən çox xoşuma gələn cəhətlərindən biri dekanlığa gəlib kef-əhfal soruşması idi. Ümumiyyətlə, bizim fakültəyə tez-tez gəlirdi. Bir dəfə utana-utana mənə dedi ki, Fikrət müəllim, səmimilyinizə və tələbələrə olan xoş münasibətinizə görə sizi çox istəyirəm. Digər fakültənin tələbəsindən bu sözləri eşitmək, düzünü desəm, mənə qol-qanad verdi. Universitetin ictimai həyatında çox fəal iştirak edirdi. Tələbə yoldaşları və Universitetin professor -müəllim heyəti onun xətrini çox istəyirdi. Hal-hazırda mən Vüsala dostum deyə müraciət edirəm. Bu dəyəri və hörməti o özünün əməlləri ilə qazanıb. Dostum Vüsal Hümbətzadənin dünya reytinqində yeddinci sırada qərarlaşan ETH Sürix Universitetinə qəbul alması məni çox sevindirdi. İnanıram ki, Vüsal sözügedən Universiteti bitirib vətənimiz və dövlətimiz naminə uğurlu fəaliyyət göstərəcəkdir.
— Azərbaycan Dillər Universitetinin müəllimi prof. Şəfəq Abdullayeva:
Vüsal Hümbətzadə təkcə mənim yox, ADU- nun sayılıb seçilən, fəal, ən dəyərli tələbələrindən biridir. Seçdiyi ixtisası sevə- sevə öyrənməyə cəhd göstərən,marağlı fikir mübadilələri dərc fəallığı ilə seçilən gəncimizdir. V. Hümbətzadə təkcə dərs zamanı deyil, universitetimizfə keçirilən bir çox tədbirlərin iştirakçısı olmuşdur. Eyni zamanda digər tələbə yoldaşlarına da elmə böyük maraq göstərməyi bacarmışdır. V. Hümbətov sadəliyi və səmimiliyi bütüm müəllim və tələbələrin sevimlisinə çevrilmişdir.
Bir müəllim kimi Vüsalın uğurlu gələcəyinə inanır, ona ən xoş, səmimi arzularımı bildirirəm.
— Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, dos. Bənövşə Məmmədova
Vüsalı tanıdığım gündən yüksək mədəniyyətə, intellekte malik olduğunun şahidiyəm. Fakültəmin tələbəsi olmasa da sakit təbiətli, mədəni rəftarı, gələcəyə baxışı ilə digər həmyaşıdlarından seçilirdi. Ona hər zaman gələcəyin ən parlaq diplomatlarında olacağını bilfirmişəm. Öz üzərində daim işləyən, hər kəsə hörmətlə yanaşan, dəyərlərə sadiq vətənpərvər Vüsal, səsin hər zaman zirvələrdən gəlsin!
— Azərbaycan Dillər Universitetinin kafedra müdiri dos. Vüsalə Ağabəyli:
Vüsal Hümbətzadə Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər ixtisasında təhsil alib. Təhsil aldığı dövürdə universitetimizin ən aktiv tələbələrindən biri olub.
— “Advocate Alliance Hüquq Şirkəti” nin direktoru, Azərbaycan Respublikasının vəkilləri kollegiyasının üzvü, müəllim Esmira Rzayeva:
Vüsal mənim tanıdığım ən məsuliyyətli tələbə və insanlardan biridir. Tanıdığım dövr ərzində onun elm, təhsil və inkişafa olan həvəsi məndə onun barəsində çox yüksək bilik və bacarıq keyfiyyətlərinin mövcudluğuna şahid etmişdi. Düşünürəm zəmanəmizdə bu cür istedadlı gənclər çox azalmışdırlar. Şadam ki, Vüsal o azlıq içində seçilmiş sıralardadır.
— Azərbaycan Dillər Universitetinin sabiq müəllimi, Qarabağ Universitetinin müəllimi, dos. Gülçöhrə Fərhadova:
Vüsal Hümbətzadə mənim 15 illik müəllimlik təcrübəmdə ən unudulmazlardan olan bir tələbədir. Belə ki, Vüsal çox çalışqan, savadlı, dürüst bir tələbə idi. O, sözün əsl mənasında dürüst idi. Tapşırıqları dediyi vaxtda tam dolğun şəkildə yerinə yetirirdi. Vüsal həm də, yardımsevər bir insandır. Müəllim və tələbələrin üzləşdiyi çətinliklərlə maraqlanıb onların həllini həyata keçirməyə çalışırdı.O hər yükün altına özü girib işləri vaxtından əvvəl yerinə yetirir, təhvil verirdi. Bütün bunlardan əlavə çox mədəni, hər sözünün və hərəkətinin yerini bilən bir tələbə idi. Ona həyatında uğurlar arzu edirəm.
— Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin dekanı prof. Həmidə Əliyeva:
Mən Vüsal Hümbətzadəni çox fəal, çalışqan, mədəni və Universitetin ictimai həyatında yaxından iştirak edən nümunəvi tələbə kimi səciyyələndirərdim.
— Azərbaycanın sabiq Baş Naziri və ADU-nun keçmiş prorektoru prof. Novruz Məmmədov:
Vüsal Hümbətzadə Beynəlxalq münasibətlər ixtisasının tələbəsi olub. Vüsal Hümbatzadə universitetin ictimai həyatında aktiv fəaliyyət göstərən tələbə olub. Dərslərini çox yaxşı oxuyub, xeyli siyasi təcrübəyə malikdir. Mən inanıram ki, Vüsal Hümbətzadə gələcəyin ən uğurlu diplomatlarından biri olacaq.
— Pakistanın Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri, İsveç və Finlandiyanın yeni fövqəladə və səlahiyyətli səfiri Bilal Hayee:
Vüsal yüksək insanlığı ilə seçilən bir insandır. Vüsal mənim uğurlu seçimimdir. Vüsal yüksək siyasi və təcrübə qabiliyyətlərinə sahib olan istedada sahibidir. Vüsal ani və düzgün qərar qəbul edən nadir insanlardandı. Vüsal insanları qəbul edərək insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların mənə qarşı inamını artırır. Vüsal bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edib. Bunun sirri onun bir köməkçi kimi çoxsahəli professional olmasıyla, mənim yüksək reytinqimi hər şeydən uca tutmasıyla bağlıdır. Vüsal diqqət etdiyim qədəriylə gördüyü bütün işləri fərəhlə, zövqlə və böyük məsuliyyətlə yerinə yetirib. Vüsal mənim köməkçim kimi yüksək vəzifədə olaraq heç zaman mənəm-mənəm deməyib, o, sadəcə öz vəzifəsini yüksək səviyyədə yerinə yetirib.
— Azərbaycan Dillər Universitetinin müəllimi Səbinə Əliyeva:
Vüsal Hümbətzadəni akademik və intellektual mövzularda araşdırma aparmaq,təhlil etmək bacarığı yüksək olan, savadlı, intizamlı və mədəni tələbə kimi xatırlayıram. Vüsal Hümbətzadə dərs prosesində daim fəal, məntiqli və düşündürücü suallar verən, fikrini həm yazılı, həm də şifahi şəkildə səlis ifadə edən istedadlı tələbə idi.Uğurları bol olsun.
— Azərbaycan Dillər Universitetinin müəllimi Səbinə Məmmədova:
Vüsal Hümbətzadə dərslərdə müntəzəm iştirak edən və aktiv tələbə kimi yaddaşımda qalıb. Daima dərsə hazırlıq olub və verilən tapşırıqların öhdəsindən uğurla gəlib. Həmçinin Universitetin ictimai həyatında fəal iştirak edib.
— Azərbaycan Dillər Universitetinin müəllimi Günel Hacalıyeva:
Tələbəm Vüsal yaddaşımda ağıllı, çalışqan, ictimai işlərdə fəal, dostlari ilə münasinətdə səmimi, müəllimlərinin yaddaşında hörmətli tələbə kim qalib. O çox məqsədyönlü və üzərində daim işləyən gəncdir. Vüsal Hümbətzadəyə uğurlar arzulayıram.
— Azərbaycan Dillər Universiteti sabiq müəllimi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Sevda Əliyeva:
Heqiqeten de cox qururverici hiss kecirdik Vusal balamizin, dunyanin en nufuzlu Universitetlerinden birinde telebe adinin qazanmasi munasibetile. Bunu men bir muellim olaraq, hem Universitetin hem de Vusalin oz uguru kimi qebul edirem. Vusali telebelik dovrunde hansi ki, iki il men onlara ders demisem, cox agilli calisqan, hadiseleri onceden goren, nmesuliyyetli,derslerinin ohdesinden ugurla gelen bir telebe kimi tanimisam. Hemcinin Universitet tedbirlerinde, ictimai fealiyyetinde, yaxindan istirak eden feal telebelerden biri olmusdur.
Bildiyimiz kimi, QARABAG ZEFERIMIZ Xalg- Ordu-Prezident birliyi neticesinde Boyuk gelebenin sevincini bize yasatdi. Mehz ordumuzun ve genclerimizin seyi neticesinde. Bu gun Vusal kimi genclere her sahede ehtiyac vardir. Azerbaycanin isigli geleceyi,bacarigli ,savadli, bilikli genclerle daha da inkisaf edecekdir .Azerbaycan gencliyi bu gun aciq fikirli,acig dusuneli,dunyada taninan genclerden ibaretdir.. Dovletimiz terefinden genclerimize boyuk destek hemise olub bu gun de olmagdadir. Vusala bu cetin yolda ugurlar arzu edirem. Arzu edirem ki, O Azerbaycanin adinin her zaman uca tutsun.
— Azərbaycan Dillər Universitetinin müəllimi Şəfa Əbdürrəhimova:
Vüsalı qısa zaman ərzində tanımışam, inkişaf yönümlü, yenilikçi, çalışqan tələbə kimi yadımda qalıb. İnzibati işlərə hələ tələbə ikən cəlb edilən çox nadir tələbələrdəndir. Hər zaman müəllimlərinin əziyyətini qiymətləndirən, onların hörmətini saxlayan çox tərbiyəli tələbə kimi tanıyıram.
— Azərbaycan Dillər Universitetinin tədris məsələləri üzrə sabiq prorektoru dos. Kifayət Hacıyeva:
ADU-nun Beynəlxslq münasibətlər ixtisasında təhsil alan Vüsal Hümbətzadə fəal, çalışqan, savadlı, yeniliklərə açıq və yardımsevər bir tələbə olaraq yaddaşımızda qalıb. Universitetin ictimai həyatında da həmişə fəal iştirak edib. Yaxşı tələbə olub.
— Azərbaycan Dillər Universitetinin Rusiya Səfirliyin Azərbaycan Dillər Universitetindəki Rusiya mərkəzinin müdiri Diana Yusifzadə, əməkdaşlar Şəbnəm və Tamilla Nayıbova:
Vüsal Hümbətzadəni tanıyırıq. Çox tərbiyəli, böyük kiçik yeri bilən, özünü aparmağı bacaran, təhsildə yaxşı nəticələr əldə eləyən tələbədir.
— Azərbaycan Dillər Universitetinin Tələbələrlə iş təədbirlər şöbəsinin müdiri Səadət Qasımova:
Vüsal Hümbətzadə universitetin en fəal tələbələrindən biri olub. İstər derslərində istərsə də universitetin ictimai işlərində hər zaman aktivlik göstərib. Vüsal bütün bunlarla yanaşı tərbiyəsi və nizam intizamı ilə fərqlənən tələbələrdən biri idi.
— Azərbaycan Dillər Universitetinin tədbir təşkilatçısı Səadət Nəbiyeva:
Vüsal Hümbətzadə öz istedadı, yaradıcılığı, intellektual səviyyəsi ilə secilen tələlbələrimizden biri olub.
— Azərbaycan Dillər Universitetinin müəllimi Sevda Tağıyeva:
Mən Vüsal Hümbətzadəyə müəlliməsi kimi Beynəlxalq Hüquq fənni tədris eləmişəm, Vüsal mənim xatirəmdə nizamlı, intizamlı, ağıllı, tərbiyəli bir tələbə kimi qalıb. Mən Vüsal Hümbətzadəyə həmişə hörmət bəsləmişəm. Onun təhsil sahəsində əldə etdikləri bilik və bacarıqları həmişə yüksək qiymətləndirmişəm. Vüsal bir növ universitetimizin ictimai-siyasi fəaliyyətində, tədbirlərdə və.s xidmətləri böyük olub, həmişə dəstək olub universitet rəhbərliyinə və müəllimlərinə. Mən Vüsala yeni həyat yolunda onun məqsəd və imkanlarını amalını, yəni bu amalda ilk növbədə vətənə, xalqa, insanlara xidmət vəzifəsini ən yüksəklərdə görmək istəyərdim. Onun həyat yolunun bir növ öz axarının seçilməsində əminəm ki, əldə etdiyi bilik və bacarığlar, seçdiyi vətəndaşlıq mövqeyi, dəyərlər onun həyat yolunda böyük töhfələr verəcək. Mən bilirəm ki, Vüsal mənim üçün dəyərli və əvəzolunmaz bir tərbiyəli elə bil öz oğlum kimi bir tələbə kimi xoş xatirələrlə yaddaşımda qalıb. Ümidvaram ki, Vüsal da ona arzu etdiyim o yüksək uğurlara məqsədlərə çatanda biz müəlllimlərini yadından çıxarmaz. İnşallah Vüsal Hümbətzadə məqsəd və uğurlarına çatacaq və Azərbaycanı xaricdə təmsil edən fəxr edəcəyimiz diplomatlardan biri olacaq.
— Azərbaycan Dillər Universitetinin müəllimi Aygün Qocayeva:
Vüsal Hümbətzadə mənim tələbəm olub. Özü çox mədəni, nəzakətli, alicənab, yüksək əxlaq sahibi olaraq yaddaşımda qalıb. Vüsal bəy kimi tələbələrim olduğu üçün qürurlu hiss edirəm. Gələcək həyatının parlaq olacağına heç bir şübhəm yoxdur.
— Azərbaycan Dillər Universitetinin kafedra müdiri Nərgiz Seyidova:
Vüsal Hümbətzadə tədrisdə nizam intizamlı tələbə olub. Onun barəsində ancaq ən gözəl, yüksək fikirlər deyilə bilər. O, həm, tələbə kimi, həm də insan kimi çox etibarlı, savadlı, obyektiv, ləyaqətli, öz dövlətinə, xalqına sədaqətli, vicdanlı bir insandır. Ona olan inamı, güvəni indiyə qədər heç vaxt yanıltmayıb və bundan sonra da yanıltmayacağına əminəm. Belə savadlı, ləyaqətli, vətənini, dövlətini sevən gəncimiz gələcəyimizin ən yaxşı diplomatlardan biri olacaq.
— Azərbaycan Dillər Universitetinin müəllimi Könül Şirinova:
Vüsal tək kəlimə ilə yaddaşlarda qalan tələbə olub. Dissiplinli, savadli, qrup yoldaşlarindan ve hetta eyni dövrdə oxuduğu tələbələrdən çox fərqlənirdi, fikirlərini azad ifadə edə bilən, qarşısına çıxan hər bir çətinliyi həll edə bilən bir tələbə olub.
— Pakistanın Azərbaycandakı Səfirliyinin Azərbaycan Dillər Universitetindəki Mədəniyyət Mərkəzinin müdiri, müəllim, fəlsəfə doktoru, Mahmud Athar:
Yaxşı tələbə olub və çalışqanlığı ilə həmişə seçilib. Vüsal da o tələbələrdəndi. Onun işində məsuliyyətli olmağı göz önündə idi. Dərslərində hazırlığı, ona dərs keçən müəllimlərə məlumdur.O, dərslərdən əlavə tədbirlərə də aktivcəsinə qoşulurdu. Onun bu üzrə məharətini tədbirdə onunla birgə hazırlaşan tələbələr də bilirlər. Onun kimi tələbələr üçün çox yaxşı sözlər demək olar. Amma o özünü yaxşı tələbə məsuliyyətli tələbə olduğunu sübut etmişdir. Onun təhsillə bağlı uğuru məni çox sevindirdi. Zənn edirəm hər zaman xatirimizdəki kimi yaxşı insan olaraq qalar. Ona təhsili ilə bağlı uğurlar arzu edirəm.
— Azərbaycan Dillər Universitetinin müəllimi Rəna Məmmədzadə:
“Azərbaycan Dillər Universitetinin tələbəsi olmuş Vüsal Hümbətzadənin uğur qazanaraq Surix Universitetində təhsilini davam etdirməsi məni çox qürurlandırdı. Vüsal olduqca məsuliyyətli, hər zaman dərsləri ilə ciddi məşğul olan, universitetin ictimai işlərində yaxından iştirak edən fəal tələbə olmuşdur. Təhsil sahəsində savadlı kadrların yetişdirilməsi ölkəmizin inkişafına təkan verən yüksək amillərdən biridir. O, “Beynəlxalq diplomatiya” üzrə keçirilmiş beynəlxalq bilik müsabiqəsində Azərbaycan Respublikasını təmsil edən yeganə tələbə olaraq birinci yeri qazanmışdır. Vüsal Hümbətzadə təkcə ADU – da deyil, respublikamızın bir sıra universitetlərində tanınan fəal tələbə olmuşdur. Azərbaycan Dillər Universitetində təhsil alarkən Vüsal Hümbətzadə universitet nəzdindəki Pakistan mərkəzində müdir köməkçisi kimi çalışmışdır. İnanıram və fəxr edirəm ki, o, olduqca nəzakətli, ağıllı və savadlı bir tələbə kimi həm mənim, həm də diğər müəllimlərin yaddaşında daima qalacaqdır. Yolu açıq, uğurları bol olsun.”
— Vüsal Hümbətzadənin sabiq müəllimi, Azərbaycan Universitetinin müəllimi, Humanitar Fənlər Fakültəsinin tyutoru Aysel Həmidova:
Xarici dildə işgüzar və akademik kommunikasiya-1 fənnindən tələbəm olmuş Hümbətzadə Vüsal haqqında təəssüratlarım, fikrim çox müsbətdir. Dərs ilimizin COVİD-19 karantin dönəminə təsadüf etməsinə, dərslərin onlayn şəkildə keçirilməsinə baxmayaraq, Vüsalın nə dərsə hazırlığında, nə də davamiyyətində heç bir problem olmamış, semestr müddətində məsuliyyəti, dərsə daim hazır olması, mütəmadi olaraq dərslərdə iştirakı, aktivliyi, savadı ilə irəlidə olmuşdur. İmtahandan aldığı yüksək bal da bütün bunları sübut edir. Vüsal az müddət ərzində universitetimizin tələbəsi olsa da, onu bir çox digər müsbət şəxsi keyfiyyətləri ilə xatırlayır və parlaq gələcəyinə inanıram.
— Azərbaycan Dillər Universitetinin müəllimi, Deputat Naqif Həmzəyev:
Vüsal Hümbətzadəni təbrik edirəm və gələcək həyatında uğurlar arzulayıram. Mən inanıram ki, Vüsal Hümbətzadə Azərbaycanı xaricdə təmsil edən ən yaxşı diplomatlardan biri olacaq.
— Azərbaycan Dillər Universitetinin müəllimi dos. Gilə Hüseynli:
Vüsal Hümbətzadə Universitetimizin tələbəsi olub. Ona dərs deməsəm də, hər zaman aktiv gənc kimi ADU-nun ictimai işlərində fəaliyyətini izləmişəm. Bizim Vüsalla tanışlığımız Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzi və Xarici ölkələr ədəbiyyatı kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və dünya ədəbiyyatı” adlı esse müsabiqəsi zamanı olub. Vüsalın eyni fəallığını və məsuliyyətliliyini, və o cümlədən çalışqanlılığını və təmkinliliyini görmüşəm. Vüsal təkcə bu tədbir zamanı yox, hər məqamda akademik heyətə və ətrafındakı bütün yoldaşlarına qarşı hörmətlə və qayğıkeşliklə yanaşan gənc olmuşdur
— Azərbaycan Dillər Universitetinin müəllimi Təranə İsmayılova
Vüsal Hümbətzadə savadlı, təcrübəli, özünəgüvənən, kollektivlə işləməyi bacaran tələbə kimi yadımda qalıb. Vüsal Hümbətzadə möhkəm cansağlığı və gələcək həyatında uğurlar arzulayıram.
— Azərbaycan Dillər Universitetinin müəllimi Samirə Məmmədova
Vüsal Hümbətzadə çalışqan tələbə kimi yadımda qalıb.
— Azərbaycan Dillər Universitetinin müəllimi Fatimə Güləmirli:
Vüsal Hümbətzadəni mədəni, təşəbbüskar, çalışqan tələbə kimi xatırlayıram.
— Azərbaycan Dillər Universitetinin müəllimi Aynur Kərimli:
Vüsal savadlı,mədəni,hər kəslə hər zaman mehriban və mədəni davranışı ilə hər zaman yaddımda qalacaq nadir tələbələrdən biridir.
— Azərbaycan Dillər Universitetinin müəllimi Aysel Bağırova:
Vüsal Hümbətzadə mənim dərslərimə hər zaman hazırlıqlı gəlib. Savadlı, dünyagörüşü olan, təcrübəli tələbə kimi yadımda qalıb. Vüsal Hümbətzadə gələcək təhsil həyatında uğurlar arzulayıram.
— Azərbaycan Dillər Universitetinin müəllimi Fidan Abdullayeva:
Vüsal Hümbətzadə ağıllı, savadlı, qabiliyyətli, dövlətin, millətin xeyrinə çalışan tələbə olub. O, ölkəmizi beynəlxalq aləmdə layiqli şəkildə təmsil etmək qabiliyyətinə malikdir. Belə gənclərimiz dövlətimizə, xalqımıza yalnız uğur gətirər.
— Azərbaycan Dillər Universitetinin müəllimi Mahirə Hacıyeva:
Vüsal Hümbətzadə Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin çox hörmətli, dəyərli, sevilən tələbəsidir. O, həm şəxsi insani keyfiyyətləri, həm də elmi-araşdırma fəaliyyəti ilə yüksək pillədə dayanır. O, savadı, obyektivliyi, ədalətli olması ilə professor və müəllim heyətinin böyük hörmətini qazanmışdır.
— Azərbaycan Dillər Universitetinin müəllimi Kəmalə Quliyeva:
Vüsal olduqca məsuliyyətli, hər zaman dərsləri ilə ciddi məşğul olan, universitetin ictimai işlərində yaxından iştirak edən fəal tələbə olmuşdur. Vüsala uğurlar arzulayıram.
— Azərbaycan Dillər Universitetinin müəllimi Nigar Məmmədova:
Vüsal Hümbətzadəni təhsil aldığı dönəmdən tanıyıram. Hamı onun dövlətin və xalqın təəssübkeşi, müdafiəçisi olduğunu çox yaxşı bilir. O, Xaricdə keçirilən tədbirlərdə hər zaman dövlətin maraqlarını, mövqeyini yüksək şəkildə müdafiə etmişdir. Hesab edirəm ki belə savadlı, bacarıqlı gənc diplomatlarım gələcəkdə hər hansısa qurumda yer alması dövlətin, xalqın mənafeyinə xidmət edər.
— Azərbaycan Dillər Universitetinin müəllimi Leyla Rüstəmli:
Vüsal Hümbətzadənin ETH Sürix Universitetinə qəbul olması münasibətilə təbrik edirəm. Gələcək həyatında uğurlar arzulayıram.
— Azərbaycan Dillər Universitetinin müəllimi Aytəkin Mütəllimova:
Vüsal Hümbətzadə universitetin ən fəal tələbələrindən biri olub. Azərbaycan Dillər Universitetinin ictimai işlərində hər zaman aktivlik göstərib.
— Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tyutoru Mehriban Qurbanova:
Vusal kimi tələbəni xatirlamaq çox xoşdu. Bir tələbə olaraq özünəməxsua biri idi. Dərslərində calişqanliğı ve tələbə kimi düzgün davranişı ilə seçilirdi.
— Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin tyutoru Ülkər Şahbazova:
Vüsal Hümbətzadə universitetdə oxuduğu dövürdə çox aktiv tələbə idi. Mən Vüsal Hümbətzadədəyə uğurlar arzulayıram.
— ADU Tələbə Elmi Cəmiyyətinin mütəxəssis Aybəniz Ələsgərova:
Vüsal Hümbətzadə universitetimizin ictimai-siyasi fəaliyyətində, tədbirlərdə çox aktiv iştirak edib. Vüsal Hümbətzadə möhkəm cansağlığı və gələcək iş fəaliyyətində uğurlar arzulayıram.
— Azərbaycan Dillər Universiteti Ərəb Mərkəzinin müdiri Ülviyyə Hüseynova:
Mən Vüsala dərs keçməsəm də, universitetdə ən çox hörmət etdiyim tələbələrdəndir. Vüsalı mənim yaddaşımda ədəb ərkanlı, məsuliyyətli, savadlı, ünsiyyətcil və gələcəyi parlaq bir tələbə olaraq qalıb. Mən ona bundan sonrakı təhsil həyatında uğurlar arzulayıram və əminəm ki, Vüsal ölkəmizi hər zaman və hər yerdə yüksək səviyyədə təmsil edəcək.
— Azərbaycan Dillər Universitetinin müəllimi Aidə Rəcəbova:
Vüsal Hümbətzadə ağılı, tərbiyəli, dərsə davamiyyəti yerində olan tələbə olub. Uğurlar arzulayıram İNŞALLAH yeni uğurları ilə bizi sevindirər.
— Azərbaycan Dillər Universitetinin Mülki Müdafiə qərargahının əməkdaşı İlahə Tağıyeva:
Vüsal tələbəmiz cox məsuliyyətli fəal tələbə kimi tanıyıram
— ADU Kitabxana şöbəsinin əməkdaşı Sara Orucova:
Vüsal mənim yaddaşımda fəal bütün ictimai tədbirlərdə iştirak edən bir tələbə kimi qalıb.Hər zaman hər kəsin qayğısına qalan Vüsaldı.Böyüklərə hörmət etmək və yardım etmək bucavan oğlanın hobbisi idi.O həm də Pakistan mərkəzinin xəlifəsi kimi fəal fəaliyyət göstərirdi.Vüsal öz yaşıdlarını da qayğıdan kənar qoymurdu.O universitetə yeni qəbul olmuş tələbələri özü ilə kitabxanaya gətirib onların dərsliklə təmin olunmasına kömək edirdi.Tələbəl onu sevir və güvənirdilər.Ona nəinki tələbələrin hətta müəllimlərin də Vüsal müəllim dediklərini görmüşəm.Bhu sevimli tələbəmiz mənim yaddaşıma belə həkk olunub
— Azərbaycan Dillər Universitetinin müəllimi, dos. Gilə Hüseynli:
Vüsal Hümbətzadə Universitetimizin tələbəsi olub. Ona dərs deməsəm də, hər zaman aktiv gənc kimi ADU-nun ictimai işlərində fəaliyyətini izləmişəm. Bizim Vüsalla tanışlığımız Azərbaycan Dillər Universitetinin Pakistan Mədəniyyət Mərkəzi və Xarici ölkələr ədəbiyyatı kafedrasının birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və dünya ədəbiyyatı” adlı esse müsabiqəsi zamanı olub. Vüsalın eyni fəallığını və məsuliyyətliliyini, və o cümlədən çalışqanlılığını və təmkinliliyini görmüşəm. Vüsal təkcə bu tədbir zamanı yox, hər məqamda akademik heyətə və ətrafındakı bütün yoldaşlarına qarşı hörmətlə və qayğıkeşliklə yanaşan gənc olmuşdur
— Lisey müəllimi Səidə Şəfiyeva:
Vüsal Hümbətzadə ADU-da təhsil alarkən Azərbaycanı ləyaqətlə təmsil edən, insanların problemlərinin həllinə candan çalışan, cəsarətli, mərd gənc kimi həm Azərbaycanlı, həm də digər ölkələrdən olan tələbələr arasında xüsusi hörmətə malik idi. O, beynəlxalq tədbirlərdə məntiqli, dərin elmi məruzələri ilə bizi qürurlandırırdı. Dostluğa layiq bu insan hər bir müəllimin dostu olmağa qadirdir.
— Lisey müəllimi Fidan Qarayeva:
Vüsal Hümbətzadə həm şəxsiyyət kimi, həm peşəkar tələbə kimi hamının çox güvəndiyi, dəyər verdiyi savadlı, yüksək səviyyəli bir insandır. Vüsal Hümbətzadə beynəlxalq müsabiqələrdə dövlətini, millətini, vətənini çox sevərək xarici ölkələrdə daim onun maraqlarına xidmət etmişdir. İnanırıq ki, Azərbaycan belə yüksək savadlı, qabiliyyətli vətəndaşları ilə yüksələcəkdir
— Lisey müəllimi Aydan İbrahimli:
Vüsal Hümbətzadə dərindən tanıdığım və rəğbət bəslədiyim bir nəslin layiqli nümayəndəsidir. Orta məktəbdə oxuyarkən öz parlaq zəkası ilə fərqlənirdi və gələcəkdə onun işıqlı adam olacağı ona dərs deyən bütün müəllimlərə məlum idi. Vətənini, millətini, dövlətini sevən savadlı, bacarıqlı bir gənc kimi, beynəlxalq aləmdə Azərbaycanı yüksək səviyyədə təmsil edəcəyinə tam əminəm.
— Lisey müəllimi Səbinə Babayeva:
Vüsal Hümbətzadə yaxşı tanıdığım savadlı, qabiliyyətli, mərd bir gəncdir. O, orta məktəbdə oxuduğu dövrdə bütün müəllimlərin hörmətini qazanıb, sonrakı illərdə də yaxşı sorağını almışıq. Öz elmi, fəaliyyəti ilə öz doğulduğu rayonun adını uca tutub. Gələcəyin diplomatı olmağa ən layiqli namizəddir.
— Lisey müəllimi Nuranə Mahmudova:
Vüsal Hümbətzadə orta məktəbdə oxuduğu dövürdə sakit, sadə, təcrübəli, tərbiyəli, müəlllimlərə hörmət edən tələbə kimi yadımda qalıb. Vüsal mənim bir dərsim belə olsun yayınmayıb. Mən inanıram ki, Vüsal Hümbətzadə gələcəkdə Azərbaycanın ən yaxşı diplomatlardan biri olacaq.
— Lisey müəllimi Nigar Məmmədova:
Vüsal Hümbətzadə orta məktəbdə oxuduğu dövürdə aktiv, bacarıqları və gözəl rəsm çəkən biri kimi yadımda qalıb. Vüsal Hümbətzadəyə gələcək həyatında uğurlar arzulayıram
Biz də uğurlar arzulayırıq.
Müsahibəni aldı: Aparıcı Nərmin Balacayeva