Gənclərin Şəxsi və Peşəkar İnkişafına Dəstək Platforması yaradıldı

Gənclərin Şəxsi və Peşəkar İnkişafına Dəstək Platforması Azərbaycan gənclərinin inkişafına töhfə vermək məqsədilə yeni bir rəqəmsal layihə təqdim olunur –İnkişafYolu.az.
KANAL32.az-a- verilən məlumata görə bu innovativ veb platforma, gənclərin şəxsi və peşəkar bacarıqlarını artırmaq, təhsil imkanlarını genişləndirmək və karyera hədəflərinə çatmalarına dəstək göstərmək üçün hazırlanır. Layihənin təşəbbüskarı Mustafayeva Nigar Vüqar qızı bildirir ki, İnkişafYolu.az gənclərə öz inkişaf yolunu planlamaq və iş dünyasına daha hazırlıqlı addım atmaq üçün hərtərəfli imkanlar təqdim edəcək.
Platforma, istifadəçilərin maraqlarına uyğun təhsil materialları, onlayn kurslar, praktiki təlimlər, mentorluq proqramları və fərdi inkişaf planları ilə zəngin olacaq. Layihənin əsas məqsədi “İnkişafYolu.az” gənclərin təhsil resurslarına əlçatanlığını artırmaq, onların fərdi inkişafını təşviq etmək və əmək bazarına uyğun bacarıqlar qazanmasına kömək etməkdir.
Platforma həm də peşəkar mütəxəssislərlə birbaşa əlaqə qurmaq və onların tövsiyələrindən faydalanmaq imkanı yaradacaq. Platformanın üstünlükləri və imkanları Təhsil resursları: Müxtəlif sahələri əhatə edən onlayn kurslar, video dərslər və praktiki tapşırıqlar. Fərdi inkişaf planı: Gənclərə öz hədəflərini təyin etmək və inkişaf yolunu izləmək üçün interaktiv alətlər. Mentorluq şəbəkəsi: Təcrübəli peşəkarlarla birbaşa əlaqə qurmaq və onlardan dəstək almaq imkanı.