Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Məclisi baş tutub.
Məclis öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqi ilə çıxış edərək, son 7 ayda həyata keçirilmiş fəaliyyətlərin məcmusunu təqdim edib.
Gündəliyin təqdim edilməsi və təsdiqi üçün səsvermənin ardından Nail Şükürov, Güldanə Dadaşova və Ramin Həbibzadə həyata keçirilmiş layihələr və cari məsələlər haqqında məlumatlar paylaşmışdır. Ardınca Aynurə Salmanlı, ARGTMŞ-nın MNTK üzvü, hesabatını təqdim edərək fəaliyyətə dair məlumat verıb.
Proqrama uyğun olaraq Baş Katibliyə namizəd Nərminə Hüseynzadənin çıxışından sonra səsvermə prosesi başlayıb.
Səsvermənin nəticəsi olaraq Baş Katib vəzifəsinə Nərminə Hüseynzadə səs çoxluğu ilə seçilib və təsdiq edilib.
Məclis, qrup fotosunun çəkilməsi ilə yekunlaşıb.
Kanal32.az