“Gənc Hüquqşünaslar” təşkilatçılığı ilə Lənkəranda təlim keçirilib-FOTO

18 Oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənc Hüquqşünaslar İctimai Birliyinin təşkilatçılığı ilə Lənkəran Gənclər Evində “Gender bərabərliyi və məişət zorakılığı ” mövzusunda növbəti təlim keçirilib.

Cəmiyyətimizdə məişət zorakılığının qarşısının alınması, zorakılıq hallarından zərər çəkmiş şəxslərə yardımın göstərilməsi kimi mövzuları əks etdirən təlimi psixoloq təlimçi Könül Cəfərova tərəfindən keçirilmişdir. Təlim zamanı məlumat xarakterli bukletlər də təlim iştirakçılarına paylanıb.

Bundan başqa məişətdə, sosial-ictimai, iqtisadi və mədəni həyatda gender balansının qorunmasının, sağlam və faydalı həyat tərzində fərdlər arasında diskriminasiyaya yol verilməməsinin önəmi auditoriyaya çatdırılıb.