Gəncə Dövlət Milli Dram Teatrı “ŞEKSPİR” Beynəlxalq Teatr Festivalında-FOTO

Gəncə Dövlət Milli Dram Teatrnın direktoru Aqil Bəhramlı və teatrın aktyoru, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov 16-26 may  tarixlərində Rumıniyanın Craiova şəhərində keçirilən “ŞEKSPİR” Beynəlxalq Teatr Festivalında fəxri qonaq qismində iştirak edirlər.

Bu barədə “Kanal32”yə Gəncə Dövlət Milli Dram Teatrnın Ədəbi-hissə müdiri, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev bildirib.

Onun sözlərinə görə, “Festival çərçivəsində onlar, Azərbaycanın Rumıniyadakı Fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov, Craiova Bələdiyyəsinin  sədri  xanım Lia Olguta  Vasilescu,  Birmingen Universiteti yanında Stratford – apon –  Avon Şekspir  (Şeksprin evi)  İnstitutunun sədri  Michael  Dobson, rejissorlar  Robert  Uilson, Siıvlu  Purcarete,  Fred Abrahamse, Rumıniyanın  Teatrlar  Birliyinin sədri Dragon  Buhagiar  və  bir  sıra teatr xadimləri  ilə  görüşlər  keçiriblər”.

Anar Ərtoğrul Burcəliyev həmçinin bildirib ki, Festivalın keçirilməsinin nəzərdə tutulan  tarixləri çərçivəsində Krayova şəhərinin 7 teatr salonunda keçiriləcək  festivalda  Robert  Uilson,  Piter  Bruk, Deklan Donnellan, Robert Lepaj kimi dünyaca məşhur rejissorların quruluş verdiyi tamaşalarla yanaşı Rumıniya,  ABŞ,  Böyük  Britaniya, Kanada, Yaponiya,  Cənubi Afrika, Polşa, Hon-Kong, Bolqariya, Fransa, Meksika, İspaniya, İtaliya, Almaniya, Ukrayna və Moldova  teatrlarının da  tamaşaları  nümayiş  olunur.

“Həmçinin  adı  çəkilən festivalda ölkəmizi təmsil edənlər sırasında Akademik  Rus  Dram  Teatrının  direktor  müavini, Əməkdar  mədəniyyət  işçisi İlham  Məmmədov  və  rejissor  Tural  Vaqifoğlu  da  yer  alıb” – deyə Anar Ərtoğrul  Burcəliyev  bildirib.

Kanal32.az