Əsrin Müqaviləsi: Azərbaycanın Neft Strategiyasının Zirvəsi və İqtisadi İnkişafın Təməl Daşı
XXI əsrdə enerji resursları beynəlxalq münasibətlərdə və dövlətlərin xarici siyasət strategiyalarında əsas müəyyənedici amillərdən biridir. Bugünkü yeni dünya nizamında coğrafiya, güc və sistemlər arasındakı münasibət yeni geosiyasətlə məhdudlaşdırılmış geosiyasi rəqabətdir. Enerji geosiyasəti, bu yeni geosiyasətlərdən biri kimi, dövlətlər və qeyri-dövlət aktyorları arasında əməkdaşlıq və münaqişənin məkan xarakteri ilə xarakterizə olunur. Bu davam etdikcə, neft və təbii qaza ehtiyac qalacaq. Lakin enerji geosiyasətinə digər mənalar da aid edilir. Bunlardan ən vacibi enerji təhlükəsizliyidir.Enerji təhlükəsizliyi əsasən enerji resurslarına və nəqliyyat marşrutlarına edilən hücumlardan irəli gələn siyasi, hərbi və iqtisadi problemləri əhatə edir. Daha geniş mənada, bu, enerji resurslarının fasiləsiz təchizatını təmin etməyə yönəlmiş istənilən siyasi mövqedir. Bu kontekstdə resursların şaxələndirilməsi əsas həll yoludur. Dünyanın qloballaşması ilə dövlətlərin təhlükəsizlik anlayışı dəyişib və təhlükəsizliklə bağlı narahatlıqlar hesab edilə biləcək amillərin sayı artıb. Enerji təhlükəsizliyi də bu sahələrdən biridir. Enerjidən asılılıq ölkələrin xarici təhlükəsizliyə yanaşmalarını formalaşdıran amillərdən biridir.
Müasir və müstəqil Azərbaycanın tarixində baş verən əhəmiyyətli hadisələrdən biri də 1994-cü ilin sentyabrın 20-də Gülüstan sarayında baş tutan “Əsrin müqaviləsinin” imzalanması mərasimi olmuşdur. “Əsrin müqaviləsi” Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratmışdır. “Əsrin müqaviləsi” – müstəqillik erasının iqtisadi dayağıdır. 1994-cü il sentyabrın 20-də Bakıda imzalanan bu tarixi saziş Azərbaycanın müstəqillik tarixinin ən mühüm iqtisadi hadisələrindən biridir. “Əsrin Müqaviləsi” yalnız keçmişin yox, həm də gələcəyin layihəsi olaraq qalır. Azərbaycanın iqtisadi müstəqilliyini, enerji təhlükəsizliyini və beynəlxalq nüfuzunu möhkəmləndirən bu müqavilə hər bir azərbaycanlının qürur mənbəyidir. “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatını gücləndirməklə yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına, beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına və hərbi potensialının güclənməsinə səbəb olmuşdur. Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qaydışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Müqavilənin bağlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev misilsiz rol oynamışdır. “Əsrin müqaviləsi”nin imzalanması ilk növbədə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində reallığa çevrildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 Sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.
AÇG nəhəng neft yatağının işlənilməsində yeni dövr başlanıb. Yeni sazişlə AÇG neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılıb, beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikası Dövlət Neft Fonduna 3,6 mlrd. ABŞ dolları bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75% təşkil edəcədir. 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, bp, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadılmışdır. “Yeni əsrin müqaviləsi” ölkənin gələcək inkişafı, maliyyə imkanlarının genişləndirilməsi üçün böyük əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş nefr strategiyası uğurla inkişaf etdirir. 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bu sahəyə xüsusi diqqət ayırmışdır.
s.e.f.d., dos. Murtəza Həsənov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik AkademiyasınınSiyasi İdarəetmə fakültəsinin dekanı