“26 yaşım var. Fiziki məhdudiyyətim olduğu üçün məni işlə təmin etmirlər.”
Bu sözləri Kanal 32.az saytına Mingəçevir şəhər sakini,birinci dərəcəli əlil Aysel Cəfərova deyir. Aysel bacarıqlı və alı təhsilli bir gəncdir. Deyir ki,əlil olmağına baxmayaraq istəyib ki,təhsil alsın və o da yaşıdları kimi cəmiyyətdə özünə bir yer tutsun. Aysel xanım təhsil də alıb və hal hazırda təhsilini davam etdirir. Lakin hara müraciət edibsə ona əngəlli olduğu üçün iş verməyiblər. Gənc xanım müvafiq qurumlara müraciət edib, kömək ala bilməyincə məsələni ictimailəşdirmək qərarına gəlib. Aysel Cəfərova uşaqlıqdan əlil arabasına məhkumdur.Amma buna baxmayaraq o, təhsil alıb. Mingəçevir Turizm Kollecini bitirdikdən sonra Mingəçevir Dövlət Universitetinə qəbul olub.Hal-hazırda tıhsilini qiyabi davam etdirir.
Ayselin dediyinə görə o həm də komputer kursunu da bitirib. Bununla yanaşı müxtəlif qurumlarda könüllülük fəaliyyəti ilə məşğul olub.Mingəçevir Gənclər evinin həyata keçirdiyi müxtəlif təlimlərdə də iştirakçı olub. O,heç kimə yük olmaq istəmir sadəcə bir gənc kimi iş tapıb karyerasını qurmaq istəyir. Aysel deyir ki,əlilliyi olan insanlar da cəmiyyətə inteqrasiya olmalıdırlar. Lakin o iş üçün hara müraciət edibsə də ona deyinlər ki,biz əngəlli adamları işə götürmürük.
Gənc xanım bütün ümidlərinin tükəndiyi üçün problemini ictimailəşdirmək qərarına gəlib:” Hər dəfə ümid etmişəm ki, müraciət etdiyim qurum, şəxs mənim işlə təmin olunmağıma yardım edəcək. Lakin indiyə qədər müsbət xəbər almamışım. Xahiş edirəm ki, iş üçün müvafiq qurumlar mənə yardım etsinlər”.
Ətraflı videomaterialda:
Bəs QANUN nə deyir?
Əlillərin əmək hüquqlarının qorunması və onlara əmək şəraitinin yaradılması qanunvericiliklə tənzimlənir. Onlara işlədikləri yerdə qanunla əlavə hüqüqlar verilir.
Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, qadınlara, əlilliyi olan şəxslərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən açıq, inklüziv və müyəssər iş şəraitində sərbəst seçdiyi və ya qəbul etdiyi əmək bazarında iştirak etməklə öz yaşayışını təmin etmək hüququ vardır. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.
Esmira Hidayətova,
Mingəçevir