Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri olmuş Eldar Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
KANAL32.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə Eldar Həsənov ifadə verib.Lakin Eldar Həsənov məhkəmədə ifadə verərkən huşunu itirərək yerə yıxılıb.
Bunu Eldar Həsənovun vəkili Adəm Məmmədov deyib.Məhkəmə zalına təcili yardım briqadası gəlib.
Məhkəmə təxirə salınıb.
Qeyd edək ki, Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru olub.