Ekoloq alimin oğlu icra başçısı təyin edildi-RƏSMİ

 Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Kanal32.az bildirir ki, o, əvvəllər Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Orxan Abbasov bu təyinatadək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsində işləyib. O bu vəzifəyə 2023-cü ilin oktaybrında təyin olunub.

Qeyd edək ki, Orxan Abbasov Texnologiya Universitetinin dosenti,ekoloq İrşad Abbasovun oğludur.