Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə mayın 28-də Qətər Dövlətinin paytaxtı Doha şəhərinin mərkəzində rəsmi dövlət tədbirlərinin keçirildiyi “Sheraton” mehmanxanası Azərbaycan səfirliyinin təşəbbüsü ilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.
Bu barədə AZƏRTAC-a səfirlikdən bildirilib.