Dnepr şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub-VİDEO

Ukraynanın Dnepr şəhərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Qeyd olunub. Tədbir Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə baş tutub. 

Kanal32.az xəbər veriri ki, bayram şənliyində diaspor üzvləri, Dnepropetrovsk vilayətinin rəsmi qurumlarının nümayəndləri, musiqiçilər, milli və yerli rəsq ansamblının üzvləri iştirak ediblər.

Tədbirin açılışında Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayramı dünya azərbaycanlıları arasında əlaqələrin möhkəmlənməsində, onların birlik və həmrəyliyinin artırılmasında mühüm rol oynayır: “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün bayram kimi qeyd olunması ümumi  milli  diasporun  formalaşmasında,  Azərbaycan  lobbisinin  inkişafında  başlıca  məqamlardan  biri olub. Dünya Azərbaycalılarının Həmrəylik Günü dünyanın 70-dən çox ölkəsində, həmçinin Ukraynada da diaspor üzvləri tərəfindən xüsusi qeyd olunur”.

Tədbirdə diaspor işində fəallığı ilə seçilən bir qrup azərbaycanlı Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.

Yeni il tədbirinin simvolu olan Şaxta baba və Qar qız uşaqları əyəndirərək onlara hədiyyələr təqdim ediblər. Sonra konsert proqramı olub. Həmçinin milli və yerli rəsq ansamblının üzvləri müxtəlif rəqslər ifa ediblər.

/azerform.com/