Mingəçevir xəstəxanasında rəhbərlik dəyişdikdən sonra nə kimi yeniliklər oldu?
Mingəçevirdə Şəhər Mərkəzi Xəstəxanası ilə bağlı son zamanlar qalmaqllı problemlər səngimək bilmirdi. Dəfələrlə vətəndaş şikayətlərinın ardı arası kəsilmirdi. Müşahidələr göstərir ki,rəhbərlikdə dəyişiklik olduqdan sonra vətəndaş məmnunluğu hiss olunur. Bəs görəsən bu məmnunluq hansı yeniliklərdən xəbər verir? Bu sualla biz Mingəçevir şəhər Mərkəzi Xəstəxanası Publik Hüquq Şəxsin direktoru vəzifəsinə yeni təyinat alan Ülfət Qurbanovla həmsöhbət olduq.
Sözün düzü xəstəxananın qapısından içəri daxil olanda həmişə gördüyümüz uzun-uzadı növbələr yox idi.Hər kəs sərbəst xəstəxanaya daxil olurdu. Deməli, hər şey burdan başlayıb.
Ülfət Qurbanova son 3 ayda nə dəyişdi və tətbiq olunan hər hansı fərqli yanaşma pasiyentlərin ürəyincə oldumu sualını ünvanladıq. Həkim bildirdi ki,ən çox qalmaqlal yaradan problemlərdən biri şəkər xəstələrinə verilən dərmanlarda olan ləngimələr aradan qaldırılıb.Xəstələrə aylarla testlər verilmirdi,indi hər ay mütamadi olaraq vətəndaşlara çatdırılır.Əlavə olaraq xəstəxanamıza yeni göz cərrahı dəvət olunub.Acil şöbəsində olan texniki problemlər aradan qaldırılıb.
Digər bir yenilik isə xəstəxanada bir sıra uğurlu cərrahi əməliyyatların həyata keçirilməsidir.Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq aşağı çənənin yerdəyişməsi ilə sol bucaq sahəsinin sınığının əməliyyatı icra olunub. Üz-çənə və rekonstruktiv mikrocərrah Kamil Abdullayev tərəfindən icra olunan cərrahi əməliyyat uğurla başa çatıb.
Həmçinin Mərkəzi Xəstəxanasının uzman uşaq cərrahı Tehran Abbasovun icra etdiyi Laporoskopik qasıq yırtığı təmiri əməliyyatıda uğurla aparılır. Ümid edirik bundan sonrada tətbiq bütün yeniliklər davamlı olacaq.
Sonda həkimdən bizi maraqlandıran bir sual da ünvanladıq. Təhsil müəssisələrində tibb otaqlarının olmaması probleminin həlli gündəmdədirmi? Direktorun sözlərinə görə,təhsil müəssisələrində olan tibb otaqları bərpa olunması gözlənilmir.Çünki onun bizə heç bir aidiyyəti yoxdur,bu Elm və Təhsil nazirliyinin problemidir.
Esmira Hidayətova