“Dinləyin,anlayın bizi” adlı məlumat kitabçası nəşr olunub-FOTOLAR

Mingəçevirdə  30 sentyabr 2023-cü il tarixdə  “ Ailə və Uşaqların Sosial Problemlərin Həllinə Dəstək ”ictimai Birliyinin Azərbaycan Respublikasının  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi  Sağlamlıq İmkanları Məhdud olan uşaqların sosial reabilitasiya  məsələləri və valideynlərin maarifləndirilməsi “adlı layihənin  fəaliyyət planına uyğun olaraq layihənin yekunu ilə əlaqədar ictimaiyyət nümayəndələri ilə görüş keçirilib.

 Kanal32.az-a verilən məlumata görə görüşdə pedaqoqlar,ictimaiyyət nümayəndləri  və media təmsilçiləri iştirak edib.

Tədbiri layihə rəhbəri Eyyub Həsənov açaraq bildirib ki, bugünkü görüşün əsas mövzusu layihənin yekunları barədə ictimaiyyəti məlumatlandırmaq və layihə çərçivəsində icra olunan fəaliyyətləri müzakirə etməkdir.

O həmçinin vurğulayıb ki, inkluzv təhsilə ehtiyac olan uşaqların valideynlərinin  maarifləndilməsi və uşaqlarla düzgün psixoloji münasibətlərin qurulması məqsədi ilə Dilşad İlyasova, Reyhan Allahverdiyevanın müəllifi olduğu “Dinləyin,anlayın bizi” adlı məlumat kitabçası da nəşr olunub.

Tədbirdə iştirak edən pedoqoqlar-Dilşad İlyasova, Reyhan Allahverdiyeva sağlamlıq imkanları məhdud olan uşaqların inkluziv təhsilə cəlb olunmasının vacibliyindən danışıblar.İctimaiyyət nümayəndləri-Çingiz Nəzərov, Qalib Ağa və digərləri bildiriblər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu qəbildən olan layihələri davamlı olaraq maliyyələşdirsə, mövcud problemlərin həllində müsbət nəticələrə nail olmaq olar.

Media təmsilçiləri-İnqilab Şirinli, İxtiyar Həsənli və Esmira Hidayətova  layihənin cəmiyyətimizin həsas qruplarından biri olan fiziki məhdudiyyətli uşaqlarala bağlı olmasını müsbət qiymətləndiriblər. Eyni zamanda “Dinləyin, anlayın bizi” məlumat  kitabçanın valideynlərin maarifləndirilməsində rolunu qeyd ediblər.

Çay süfrəsi ətrafında davam edən müzakirələr zamanı bir sıra suallar cavablandırılıb və layihdə icra olunan fəaliyyətlərin gələcəkdə də davam etdirilməsi təklif olunub.

Tədbrin sonunda bütün iştirakçılara layihə çərçivəsində nəşr olunan “Dinləyin, anlayın bizi” kitabçası paylanılıb.

Qeyd edək ki,layihənin məqsədi ölkəmizdə ailə, qadın, uşaq və inküliziv təhsil məsələlərinin aktuallığını gündəmə gətirməklə cəmiyətimizdə ailə dəyərlərinin təşviqi və valideyn məsuliyyətinin artırılmasının təbliği sahəsində gənclərin, xüsusilə də, gənc ailələrin ölkə miqyasında maarifləndirilməsini və məlumatlandırılmasını təşkil etmək,habelə ailələrin dağılmasına və boşanmaların artmasına səbəb olan problemlərin qarşısını almaq istiqamətdə profilaktik   tədbirlərin həyata keçirilməsindən ibarətdir.

    

Kanal32.az