Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Zəhra Musayeva Azərbaycan–Macarıstan Hökumətləri arasında həyata keçirilən “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində tam təqaüd qazanaraq Macarıstanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olan Eötvös Loránd University (ELTE) universitetinin “International Relations” magistratura proqramına qəbul olunub və təhsilini burada davam etdirəcək.
Qeyd edək ki, məzunumuz eyni zamanda London School of Economics and Political Science (LSE), The University of Edinburgh, Lund University, University of Gothenburg, University of Münster, University of Geneva, KU Leuven, University of Milan, Sapienza University of Rome və Central European University universitetlərinin magistratura proqramlarına da qəbul alıb.
Bundan əlavə, Stipendium Hungaricum təqaüd proqramı çərçivəsində Beynəlxalq münasibətlər ixtisası üzrə ayrılmış 5 kvotadan yalnız 3 nəfər seçilib və məzunumuz həmin uğur qazanan namizədlərdən biridir.
2021–2025-ci illərdə bakalavr təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisası üzrə 97 ÜOMG ilə fərqlənmə diplomu alaraq başa vurub.
Biz də “Kanal32” Media Şəbəkəsi olaraq Zəhra Musayevanı təbrik edir, magistratura təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayırıq.