Deputat:”Müsahibədə Cənab Prezident xüsusi məqamlara toxunub”

Ölkə Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2022-ci il tarixdə yerli televiziya kanallarına müsahibəsi zamanı jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırması Azərbaycan həqiqətlərinin növbəti göstəricisidir.
Ona görə Azərbaycan nadir ölkələr sırasındadır ki, çox qısa zamanda öz düşmənini ağır məğlubiyyətə uğradaraq, tarixi ədaləti bərpa etmişdir. Bu isə Ölkəmizin daxili və xarici gücünün, eyni zamanda aparılan müdrik siyasətin nəticəsində həyata keçirlimişdir. Məhz müsahibədə Cənab Prezident bu kimi xüsusi məqamlara toxunub, Azərbaycanın bütün sektorlarda inkişafın ən yüksək mərhələsinə çatmasını bir daha ictimaiyyətin diqqətinə çatdırdı. Ölkə Prezidentinin Azərbaycanın yüksək iqtisadi inkişaf gəstəricilərindən bəhs edərək, iqtiasdi artımın 5 faizdən çox olmasını qeyd etməsi həqiqətən çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki,qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün planlar həyatda öz əksini tapır. Ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu cür göstəricilər dünya miqyasında ən yüksək göstəricilərdən hesab oluna bilər. Real iqtisadi və sənaye artım məhz bu rəqəmdə öz əksini tapır.

 

İlkin olaraq minalardan təmizləməklə yanaşı, elektrik təsərrüfatı yaradıldı, yollar çəkildi. Təkcə Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı və Erənistanla həmsərhəd olan bölgələrdə 700 km yaxın yol çəkilib. Artıq Bərdə-Ağdam dəmir yolunun və Horodiz – Ağbənd – Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlanıb. Müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası ümumən qənaətbəxşdir. Müharibə qurtarandan dərhal sonra müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilməsi üçün müvafiq işlər görülmüşdür. Bircə gün də həm ərazilərin bərpası baxımından, həm də yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Tam əminliklə söyləyə bilərəm ki, dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycanın uğurlu inkişafı naminə istər hərbi, təhsil, mədəniyyət, infrastruktur, istərsə də digər bütün sahələrdə həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Ölkəmiz gələcəkdə də ən yüksək nailiyyətlərə imza atıb, ən qabaqcıl ölkələr sırasındakı yerini möhkəmləndirəcəkdir.
İlham Məmmədov
Milli Məclisin deputatı