Bugünlərdə TikTok sosial şəbəkəsindəki bəzi səhifələrdə Milli Məclisin deputatı Məlahət İbrahimqızının adından Xankəndidə yaşayan ermənilərin pensiya yaşının 55-ə endirilməsi ilə bağlı açıqlama yayılıb.
KANAL32.AZ xəbər verir ki, “Yeni Gundem” Azərbaycanın mövcud qanunvericiliyinə uyğun olmayan açıqlamanının Məlahət İbrahimqızı tərəfindən verildiyini dəqiqləşdirməyə çalışıb.
Deputat məlumatı təksib edərək deyib:
Mən heç bir yerdə belə bir nüsahibə verməmişəm və mənim adımdan uydurulmuş yazıdır. Belə bir saxta və montaj edilmiş məlumat tam qərəzlidir. Bu insanlar görünür ki, şər və böhtan yaymaqdan zövq alırlar. Sözsüz ki, bu cür uydurulmuş yazı tamamilə əsassızdır. Doğrudursa, səsimi də versinlər.
Bu dərəcədə yalan xəbəri yayanların nə demək istədikləri aydındır. Cəmiyyətdə xoşagəlməyən, Azərbaycan ictimaiyyətində çox pis qarşılanan belə saxta xəbərləri yayanlarla revanşist və separatçı ermənilərin, eləcə də onları dəstəkləyənlərin məqsədi ilə tam eynidir.
Bu insanlar tapşırıqları xaricdən, Azərbaycanın uğurlarını sevməyən və Azərbaycanofibiya xəstəliyi olan qüvvələrdən, kim bilir bəlkə də Ermənistandan alırlar.