Deputat Mircəlil Qasımlı Mingəçevirdə görüş keçirdi və…-FOTOLAR

Milli Məclisin deputatı,İnsan hüquqları komitəsinin üzvü Mircəlil Qasımlı seçiciləri ilə növbəti görüşünü keçirib.
Kanal32.az xəbər verir ki, Millət vəkili 8 mart 2025-ci il tarixdə Mingəçevir şəhərində Kəlbəcər rayonundan olan sakinlərlə görüşüb. Mircəlil Qasımlı öncə görüşdə iştirak edən xanımları bayram münasibəti ilə təbrik edib,onlara cəmiyyətimizin inkişafındakı fəaliyyətilərində uğurlar arzulayıb.Azərbaycan qadınlarının hər zaman dövlətimizin diqqqətində olduğunu, onların fəaliyyətlərinin yüksək qiymətləndirildiyini vurğulayıb.
“Böyük Qayıdış” proqramı haqqında ətraflı məlumat verən deputat bildirib ki, ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi ilə keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma yurdularına qayıdacaq. Bu istiqamətdə dövlətimiz mühüm addımlar atır və çoxşaxəli infrastruktur layihələri icra olunur.
Sonra görüşdə iştirak edən vətəndaşlar tərəfindən əsasən təhsil sahəsində mövcud çətinliklər, Kəlbəcərə qayıdış prosesi, keçmiş məcburi köçkünlərin məskunlaşması, sosial təminatı, işsizlik və s. məsələlər qaldırılıb.
Qaldırılan hər bir məsələni diqqətlə dinləniləyən Millət vəkili Mircəlil Qasımlı vətəndaşların haqlı tələblərinin və təkliflərinin qeydiyyatını aparıb. O bildirib ki, edilən müraciətlərin həlli ilə bağlı müvafiq dövlət və hökumət qurumları qarşısında məsələ qaldırılacaq və onların operativ şəkildə icra olunması üçün müvafiq addımlar atacaqdır.
Sakinlər də öz növbəsində Millət vəkilinə fikirlərini sərbəst ifadə etmələrinə yaratdığı imkana görə və olduqca səmimi ortamada fikir mübadiləsi apardığına görə öz minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra Millət vəkili Yevlax rayonunun Tanrıqulular kəndində məskunlaşan,Başlıbel faciəsinin canlı şahidi, şəhid ailəsi, tanınmış el şair Ələkbər Sönməzi ziyarət edib.Şairin sağlıq durmu və digər problemləri ilə maraqlanıb.
           

           

         

 

         

 

         

 

         

 

Kanal32.az

Deputat Mircəlil Qasımlı Mingəçevirdə görüş keçirdi və...-FOTOLAR