Deputat İlham Məmmədov Yevlaxda Şəhid ailəsinə baş çəkib – FOTOLAR

Xalqımıza Qarabağ adlı böyük bir zəfər bəxş edən qəhrəman Şəhid və qazilərimiz,biz Sizləri unutmadıq,unutmarıq,unutmayacağıq…
Kanal32.az-ın məlumatına görə,Milli Məclisin deputatı İlham Məmmədov yanvarın 29-da Yevlax şəhərində Vətən müharibəsi şəhidi Kazımov Emin Fərman oğlunun ailə üzvlərini ziyarət edib,onların problemləri ilə maraqlanıb. Görüşdə Vətən müharibəsi zamanı Yevlaxın ilk şəhidlik zirvəsinə ucalan igid oğlu Emin Kazımovun şərəfli həyat və döyüş yolundan geniş bəhs olunub.

  

Millət vəkili İlham Məmmədov bildirib ki,Ali Baş komandanın rəhbərliyi ilə bu torpağın uğrunda canlarını, sağlamlıqlarını düşünmədən fəda edən, 30 illik həsrət son qoyaraq  torpağlarımızı mənfur düşməndən azad edən qəhrəman əsgərlərimizin, şəhid və qazilərimizin valideynləri qarşısında baş əyirik və belə qəhrəman övladları böyüdən valdeyinlərə minnətdarıq.Dövlətimiz hər zaman sizlərin yanındadır.

   

Şəhidin ailə üzvləri də, öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, eyni zamanda  Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Şəhid valdeyini kimi övladlarının öz qanları ilə yazdıqları qəhrəmanlıq səlnaməsindən qürur duyduqlarını bildiiblər.

Kanal32.az