“Deputat Azər Badamov gərək bunu öz adına çıxmayaydı “
Kanal32.az Vətəninfo.az-a istinadla xəbər verir ki, fevralın 17-də Milli Məclisin plenar iclasında, cari məsələlərə ayrılan vaxt zamanı çıxış edən deputat Azər Badamov Azərbaycanda yeni şəhər salınmasını və bu şəhərin Ulu öndər Heydər Əliyevin adını daşıması üçün, Heydərabad adlandırmasını təklif edib.
Qeyd edək ki, artıq bir neçə aydır Milli İnkişaf İctimai Birliyi işğaldan azad edilən Zəngilan,Qubadlı, Füzuli və Cəbrayıl rayonlarının inzibati ərazilərində Heydərabad şəhərinin salınması ilə bağlı təklif irəli sürüb.
Təklifin əsas müəlliflərindən, Milli İnkişaf İctimai Birliyinin sədri Arzuman Muradlı müxbirimizə biıdirib ki, onlar təkcə təkliflə deyil, bütövlükdə şəhərin salınması istiqamətində bütün lahiyə planlamasını, maliyyə hesablamasını ,eyni zamanda Heydərabad şəhərinin ümumi planına qədər həm Prezident Administrasiyasına, eyni zamanda Milli Məclis Aparatına təqdim ediblər: “İlkin olaraq bizim ideya və təklifimizi dilə gətirdiyinə görə deputat Azər Badamova təşəkkür edirəm. Bir məsələni də deyim ki,Milli Məclisin əksər millət vəkilinin bu lahiyədən xəbəri var. Amma gərək bu təklifin əsas müəlliflərinin haqqını yemədən bu təklifin bizim tərəfimizdən səsləndirdiyini qeyd etməliydi. Etməyibsə bu artıq onun düşüncəsi, onun günahıdır. Başqa bir məsələ Azətbaycan cəmiyyəti lahiyənin müəllifi və ideyasının bizim olduğumuzu aylardır mətbuatdan bilir. Azərbaycan parlamentinin 15 ildi deputatı olan Azər Badamovun belə bir lahiyənin olduğundan xəbərsiz olması mümkün deyil. Layihənin müəllifi biz olduğumuzu bildiyi halda, durub bunu öz adına çıxması həqiqətən də siyasətçiyə yaraşan bir hərəkət olaraq görmürəm “.
Arzuman Muradlı onu da bildirib ki, həqiqətən də Heydərabad şəhərinin salınmasına böyük ehtiyac var.Əgər belə bir şəhər salınarsa Cənubi Qafqazda yeni elm şəhəri,mədəniyyət mərkəzi və s. sahələri özündə birləşdirən böyük bir şəhər inşa edilmiş olacaq.Bu şəhər həm iqtisadi baxımdan da mühüm mərkəzə çevriləcək”.
İqtisadçı alim Kanal32.az-a açıqlamasında bildirib ki, 10 dekabr 2022-ci il tarixdə EL TV-nin canlı yayımlanan “Bu səhər” informasiya proqramında qonaq olarkən Heydərabad şəhəri ideyası ilə bağlı geniş şəkildə çıxış edib və bu ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Həmçinin, 10 yanavr 2023-cü il tarixdə isə həm KanalS-in, həm də EL TV-nin efirində yayımlanan və ciddi tamaşçı kütləsi olan “Zamanında” verilişində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” mövzusunun müzakirəsi zamanı da Heydərabad şəhəri haqqında geniş danışılıb və onun Qarabağ bölgəsinin gələcək təhlükəsizliyi və Bakının yükünün azaldılması baxımından mühüm əhəmiyyəti vurğulanıb.
Kanal32.az həmin verilişlərin videosunu təqdim edir:
“Zamanında” verilişindəki müzakirənin videosu:
“Bu səhər” İnformasiya proqramındakı çıxışın videosu:
Bu videolar bir daha təsdiq edir ki, həqiqətən də Heydərabad şəhəri ideyasının müəllifləri Milli İnkişaf İctimai Birliyinin üzvləridir. Millət vəkili isə problemlər içərisində itib-batan seçicilərinin problemlələri ilə məşğul olmaq əvəzinə sadəcə “ideya oğurluğu” ilə özünü gündəmə gətirməyə çalışıb.
Kanal32.az