Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeannı Reallaşdır 2022” XIII fərdi qrand müsabiqəsi çərçivəsində qalib olan layihələrdən biri olan “Nəğməli tariximiz” layihəsinin 4 günlük təlim mərhələsi həyata keçirilib.
Kanal32.az-ın məlumatına görə,“Nəğməli tariximiz” layihəsinin rəhbəri Şahlar Mirzalıyev açılış zamanı iştirakçılara Azərbaycanın tarixi keçmişə söykənənən bir dövlət olduğunu, hər dövrdə ölkəmizin öz dərin izlərini qoyduğunu bildirib. Müxtəlif yazılı kitabələr, mənbələrlə yanaşı hətta şifahi xalq ədəbiyatının ayrılmaz parçası olan mahnılar və şeirlərdə də bu izlərə rast gəlindiyini qeyd edərək layihənin əsas məqsəd və hədəfindən danışıb.
Layihənin adından məlum olduğu kimi Azərbaycan xalq mahnıları və bir çox nəğmələr sətirlərində dəyərli tarixi faktları gizlədir. Sovet dönəmində yazıçılar tərəfindən yazılmış şeirlər və bəstələnmiş mahnilar senzuradan keçməli idi, yazıçılar mahnılar senzuradan keçsin deyə Azərbaycana xitab olunmuş sözləri xüsusi incəliklə sətirlərə yerləşdiriblər. Buna görə də Azərbaycan xalq mahnılarının və digər nəğmələrin sadəcə mahnı yox həmdə nəğməli kitabə olmasını gənc nəslə çatdırmaq onlar arasında tarixi musiqimizə maraq artırmaq layihənin əsas missiyası olub. Təlimlərdə iştirakçılar mahnıları dinləyərək onların sətirləri ətrafında araşdırma apararaq qrup işləri yerinə yetiriblər.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif ediliblər.