Daha bir layihənin icrası başa çatdı-FOTOLAR
“Yarpaq: Gənc Ekoloqların 1-ci Yay Liderlik Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib.
Kanal32.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Yarpaq: Gənc Ekoloqların 1-ci Yay Liderlik Düşərgəsi” layihəsinin bağlanış mərasimi keçirilib.
Bağlanış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Elsevər Bayramlı, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Elnur Əlizadə, baş katibi Nurlan Əliyev və 50 nəfər gənc iştirak etmişdir.
Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə bağlı 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrasının təmin olunması, yeniyetmə və gənclərin ətraf mühitə qarşı davranış hissinin formalaşması, gənclər arasında ekologiya sahəsində mühafizəkarlığın artırılması, gənclərin bu sahəyə olan maraqlarının daha da artırılması, həmçinin gələcəkdə lider ekoloqların yetişməsi, onların ekologiya sahəsində olan ideya və düşüncələrinin dəstəklənməsinə yönəlmişdir.
Düşərgənin sonuncu günündə intellektual oyun, komandalar arasında debat turniri keçirilmişdir.
Layihənin sonunda düşərgədə iştirak edən gənclər sertifikatlarla təltif edilmişlər.