“Çörək imtahanı”na etiraz edirik!-FOTO

Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təminatı  və onun sosial rifahının ən üst səviyyəyə qaldırılması dayanır. Bunun nəticəsi olaraq Prezident 18 illik hakimiyyəti dövründə bir çox islahatlar keçirərək xalqın güzəranının yaxşı olmasına çalışıb. Ancaq son dövrlər bəzi hallarda gözlənilməz addımlar atılır.

Maraqlıdır ,niyə bəzi qurumlar bunun əksinə çalışır? Yoxsa, məsələnin əsl mahiyyəti tam başqadır?

Sanki xalqı dövlətə qarşı narazı salıb, ayağa qaldırmağa çalışırlar.Buna əsas olaraq bu gün baş verən çörək və unun bahalaşmasını nəzərə tuturam.Xalqın işsizlik səviyyəsinin mövcud durumu qismən qənaət bəxş olsa da, amma artan tendensiya müşahidə olunmaqdadır.Bir yandan bazarlarda qiymətlərin artımı, bu azmış kimi unun bahalaşması . Unun qiyməti 9 -10 manat qalxıb. Bu ciddi artımdır .Azərbaycanın taxıl ehtiyatı kifayət qədərdir. O zaman sual yaranır,bu qədər suni artım niyə olmalıdır? Kimdir bu təhlükəli oyunun arxasında(əslində isə başında)dayanan güclər?

İnsanların əmək haqqını,pensiyasını,və müavinətini 20 – 40 manat dövlət artırıb.Bu qədər qiymət artımı problem yarada bilər. Kasıbın bir doyunca yediyi çörək idi,onun da qiymətini insafsizcasına qaldırırlar.

Xalqın səsi,xalqın nümayəndələri olaraq bu bahalaşmaya-“çörək imtahanı”na etiraz edirik!

Eyni zamanda tələb edirik ki,bu məsələlərə dövlət səviyyəsində dərhal müdaxilə edilsin.Bu kimi halların ,bazar qiymətlərinin süni vəziyyətdə qaldırılmasının qarşısını almaq üçün hökümət xüsüsi nəzarət mexanizmləri(işlək vəziyyətdə olan,kağız üzərində yox) müəyyənləşdirsin və belə öz başnalıqların qarşısı alınsın!

Görəsən, İqtisadiyyat nazirliyinin işi nədən ibarətdir???

Leyla Allahverdiyeva