Ceyhun Bayramovdan Türkiyə ilə bağlı mübahisələrə son qoyan sözlər

Azərbaycan və Türkiyə arasında münasibətlər iki dost və qardaş xalqın tarixi yaxınlığına, qarşılıqlı etimada və müttəfiqliyə əsaslanır.

KANAL32.az  xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə arasında münasibətlər dövlətlər arasında ən yüksək səviyyəli və bənzərsiz yaxınlığın nümunəsidir. O vurğulayıb ki, iki ölkə arasında müttəfiqlik münasibətləri rəsmi olaraq Şuşa Bəyannaməsi ilə təsbit olunub.

Ceyhun Bayramov bildirib ki, cəmiyyətlərin öz inkişaf trayektoriyası və daxili prosesləri var. Hətta bu qədər yaxın və qardaşlıq münasibətlərinə malik ölkələrdə belə, digər dövlətdə baş verən proseslərlə bağlı fərqli fikirlərin səsləndirilməsi mümkündür.

“Azərbaycanın bununla bağlı yanaşması və mövqeyi çox aydındır, açıqdır. Azərbaycanın öz Şuşa modeli var və Azərbaycan həmin modelə uyğun olaraq irəliləyir. Hesab edirik ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri indi də hər zamankı kimi möhkəmdir. Bundan sonra daha da möhkəm olacaq”, – deyə nazir vurğulayıb.

O, bu münasibətlərin ən aydın nümayişinin yaxın zamanda keçirilən tədbirlərdə özünü göstərdiyi bildirib. Ceyhun Bayramov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 8-də Azərbaycana səfər edərək Zəfər Günü ilə bağlı tədbirlərdə Prezident İlham Əliyevlə birlikdə iştirakını iki ölkənin birliyinin həm xalqlara, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış mühüm mesajı kimi qiymətləndirib.

/todaypress/

inqilabkanal32şirinli