Cavid Vəkilov TDGK-ya üzv qəbul olunub

Müvəkkil Hüquq Mərkəzinin Gənclər Klubunun sədri Cavid Vəkilov Türk Dünyası Gənclər Şurasının (TDGK) üzvü qəbul olunub.

Bu barədə Gənclər Klubunun sədri Cavid Vəkilov məlumat verib.

Qeyd edək ki, Türk Dünyası Gənclər Şurası (TDGK) Türk Dövlətləri Təşkilatının (TDT) Gənclər Platformasında rəsmi təmsil olunan qurumdur.