Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsini uğurla davam etdirir.
Kanal32.az xəbər verir ki, Səs TV-də Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin rəhbəri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilovun təqdimatında layihə çərçivəsində “Qərbi Azərbaycan – qədim yurd yerimiz” adlı üçüncü veriliş yayımlanıb. Verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.
Verilişin qonağı, el sənəti araşdırmaçısı İsgəndər Sərdarlı olub. Veriliş çərçivəsində Səməd Vəkilov bildirib ki, Qərbi Azərbaycan, Azərbaycan mədəniyyətinin tarixinin ən qədim komponentlərindən biridir və Oğuz türk mədəniyyətinin vacib bir hissəsidir. İsgəndər Sərdarlı qeyd edib ki, dekorativ tətbiqi sənət ustası sandıqçılıq mədəniyyətinin yeni üslubda bərpasına nail olub. O, əlavə edib ki, harada xalçamız olubsa, orada sandığımız da olub. Lakin sandıq öz funksionallığını məişət əşyası kimi itirdiyindən, yeni mebellərdən istifadə olunur. Biz oturuşmuş el sənətlərindən yola çıxaraq müvafiq mövzularda müzakirələr aparmışıq.
Daha ətraflı videoda:
Qeyd edək ki, layihə çərçivəsində yayımlanan verilişlər, həm mədəniyyətimizin qədim köklərini, həm də qaçqınların qayıdış həsrətini əks etdirərək, tamaşaçılara dərin düşüncələr və məlumatlar təqdim edir. Layihənin davamında daha çox maraqlı və əhəmiyyətli mövzuların işıqlandırılması gözlənilir.
/qht.az/