Şəki rayon sakini mərhum Tahir Məmmədəliyevin oğlu Nadir Məmmədəliyevin atasının ölümü ilə bağlı mediada etdiyi çıxışa münasibət gecikməyib.
Belə ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxananın həkim-cərrahı Quliyev Məhəmməd Əliqara oğlu Kanal32.az-a açıqlama verib.
“Kanal32” həmin açıqlamanı olduğu kimi təqdim edir:
Sizə bildirirəm ki, mərhum Tahir Məmmədəliyev 2023-cü ilin avqust ayının 3-də yaxınları tərəfindən şöbəmizə müraciət etmişdir. Mən onu qəbul edib, ilkin müayinə etdim və xəstəxanamızda KT (Kompyuter tomorqrafiya) müayinəsi müvəqqəti olaraq işləmədiyi üçün “Şəfa” diaqnostika mərkəzinə KT müayinəsinə göndərdim. Bundan başqa mən onu həkim kardioloqun və Ultrasəs müayinələrinə və labarator analizlər (qanın sisiyin) verməsinə göndərdim. Mən KT müayinəsinin, həkim-kardioloqun, Ultrasəs müayinəsinin rəyinə və laborator müayinələrin cavablarına əsasən mən ona 04.08.2023-cü ildə sağ tərəfi düzəlməyən qasıq yırtığı və daşlı xolesistit diaqnozu ilə cərrahi əməliyyat təyin etdim və 04.08.2023-cü ildə mövcud protokola uyğun olaraq cərrahi əməliyyat etdim. Mərhumu xəstəxananın reanimasiya şöbəsinə köçürdüm. Həmin günü mərhumun axşam vəziyyəti pisləşməyə başlayıb. Bu barədə növbədə olan tibb bacıları mənə məlumat verəndə mən tibb bacılarına öz məsləhətlərimi verdim. Səhər mən işə gəlib mərhumu müayinə etdim. Mərhumda bağırsaq keçməməzliyinin olmasını yəqin etdim və mərhumu təkrar cərrahi əməliyyata götürdüm və təkrar əməliyyat etdim. Əməliyyat çox yaxşı keçdi və mərhum narkozdan vaxtında oyanmışdı. Mən mərhumu təkrar cərrai əməliyyat edəndə bağırsağında Nekrozlaşma olduğunu görüb 2 metrə yaxın bağırsağını kəsib götürdüm. Əməliyyatdan sonra mərhumun vəziyyəti kafi idi.
Xəstənin yaxınıarı telefonla Bakı şəhərində olan özəl klinikaların biri ilə əlaqə saxlayıb istəklərinə uyğun olaraq ərizə yazıb mərhumun müalicəsini dayandırıb evlərinə apardılar və 07.08.2023-cü ildə Bakı şəhərinə aparıblar. Sonradan bildim ki, mərhumu Bakı şəhərində fəaliyyət göstərən “Məlhəm” Klinikasına aparıblar.
Mərhum Mingəçevir Şəhər Mərkəzi xəstəxanasında olarkən bütün tibbi məsrəflər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tam qarşılanmışdır.
Onu da bildirirəm ki, mövcud statistika göstərir ki, hər bir xəstəlikdə, o cümlədən cərrahi əməliyyatdan sonra müəyyən ölüm faizi mümkündür. Son olaraq onuda bildirirəm ki, mərhumun ölümü və səbəbi hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılaraq ekspertiza təyin ediblər. İnanıram ki, hüquq-mühafizə orqanları hadisəyə ədalətli hüquqi qiymət verəcəkər.
Hörmətlə,
Mingəçevir şəhər Mərkəzi Xəstəxananın həkim -cərrahı Quliyev Məhəmməd Əliqara oğlu