“Rusiyanın malik olduğu ehtiyat qüvvələr cənub cəbhəsindəki bütün istiqamətləri bloklamağa kifayət etmir”.
“Kanal32” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç internet kanallarından birinə açıqlamasında bildirib.
Hərbi-siyasi ekspert qeyd edib ki, Ukrayna Sialhlı Qüvvələri cənub cəbhəsində uğurla irəliləyir və tezliklə Rusiya cəbhəsi çat verəcək: “Cənub cəbhəsində 4 əsas istiqamət var. Onların ehtiyatları yalnız iki istiqaməti bloklamağa kifayət edir. İndi isə təsəvvür edin ki, daha bir, yaxud iki istiqamət əlavə olunacaq. Bizim bunun üçün qüvvəmiz var və biz bu oyunu oynaya bilərik. Cəbhə hələ ki, çat verməyib, ancaq çox tezliklə bu, baş verəcək”.
Arestoviç əlavə edib ki, Rusiya hərbi komandanlığı öz ehtiyat qüvvələrindən çox savadsız şəkildə istifadə edir və Ukrayna hərbi rəhbərliyi bu məsələdə düşməndən xeyli daha üstündür.
“AzPolitika.info”