““Çələbi” xalçasına ilmə atmaq qismətimdə varmış”-Günay Ağamalı

Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi, yüksək siyasi, beynəlxalq səriştəsi, unukal idarəçilik qabiliyyətinin sayəsində 44 Günlük Dəmir Yumruq Əməliyyatının böyük və tarixi Zəfərlə sonlanması hər bir Azərbaycanlıda fəxr, qürur hissini yaşatdı. Xalqımızın qəlbində əbədi kök salan, Muzəffər, Xilaskar Ali Baş Komandanımız zədələnmiş qürurumuzu bərpa etdi. Biz Fake dövlət yaradan yırtıcı hay tayfalarının “Böyük Ermənistan” mifini məhv edib Qarabağımıza qovuşmaqla iradəmizi, qətiyyətimizi bütün dünyaya nümayiş etdirdik. 44 Gün davam edən II Vətən Savaşında Prezident – Ordu – Xalq birliyi HƏMRƏYLİK simvoluna çevrildi. Böyükdən – kiçiyədək hər kəs öz bacardığını əsirgəmədi. Tarix boyu Xalqımız bu sevinci yaşayacaq.

#Qarabağilmələrdə layihəsi də məhz ZƏFƏR sevincini yaşayan Azərbaycan üçün unudulmaz Tarixə çevriləcək. Hər bir vətəndaş Zəfərimizi tərənnüm edən “Çələbi” xalçasına bir ilmə ataraq bu şərəfi yaşaya bilər. Sonda Şuşada təqdim oluncaq “Çələbi” xalçasına ilmə atmaq qismətimdə varmış. Çox qürurlu, Çox şərəfli, olduqca özgüvənli anları yaşadan Qətiyyətli Ali Baş Komandanımıza, Müzəffər Silahlı Ordumuzun zabit və əsgərlərinə minnətdaram! Torpaqlarımızın yırtıcı düşmən tapdağından azad olunması uğrunda canlarından keçib qəhrəmanlıq göstərən bütün Şəhidlərimizin ruhu qarşısında baş əyir, onları dünyaya bəxş edən anaların əllərindən öpürəm.

Qazi qardşalarımıza Uca Tanrıdan sağlamlıq diləyirəm.

Yaşasın Müstəqil, Qüdrətli Azərbaycan!

 

Günay Ağamalı,

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələləri üzrə müşaviri,

AVP Qadınlar Şurasının sədri