“BUTA” körpələr evi-uşaq bağçasından növbəti humanist addım-FOTO

BUTA körpələr evi – uşaq bağçasının rəhbəri daha bir nümunəvi addımı ilə diqqət çəkib və uşaqlara kiçik bir müraciət ünvanlayıb.
Dəyərli dostlar!
Xatirinizdədirsə, 1 İyun 2021 – ci ildə Azərbaycan Uşaqlar Birliyinin nəzdinindəki Uşaq Sığınacağının iki sakininə “BUTA” körpələr evi uşaq bağçasında ödənişsiz təhsil alma hüququ vermişdim. 01 Oktyabr 2021 – ci ildən Uğur və Hüseyn də Butaçılar sırasına qoşuldu. Doğma və isti “BUTA” körpələr evi – uşaq bağçası körpələrimizə xidmət etməkdən böyük zövq alır. Fidanlarımızın inkişafında bizim də əməyimiz varsa, nə xoş bizə, nə mutlu bizə!
Fidanlara sonsuz sevgilərimlə,
Günay Ağamalı.
Kanal32.az