MDU-nun tələbəsi adlı təqaüdə layiq görülüb
Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin ikinci kurs tələbəsi Rövşən Ələkbərov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünə layiq görülüb.
Bu münasibətlə, MDU-nun rektoru Şahin Bayramov tələbə R.Ələkbərovla görüşüb. Görüş zamanı MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Nüşabə Qədimli də iştirak ediblər.
ATİAHİ RK-nin adlı təqaüdünün əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə təqdim edildiyini diqqətə çatdıran rektor bu münasibətlə R.Ələkbərovu təbrik edib.
Ölkə üzrə adlı təqaüdə layiq görülən 65 tələbədən biri olmağı mühüm nailiyyət kimi dəyərləndirən Ş.Bayramov MDU tələbəsinə uğurlarının davamlı olmasını arzulayıb.
R.Ələkbərov göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, ATİAHİ RK-nin adlı təqaüdü tələbələrin elmə və təhsilə marağının artırılması məqsədilə təsis olunub.