Bu gimnaziya “Gözün aydın Azərbaycan!”adlı tədbir keçirdi-FOTOLAR

Dekabrın 28 də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının akt zalında “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olumuş “Gözün aydın Azərbaycan!” adlı tədbir keçirilib.

Kanal32.az-a verilən məlumata görə,Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə Dünya Azərbaycanlılarının Həmrəylik gününün tarixi ilə bağlı məlumat verilib.Sonra gimnaziyanın istedadlı şagirdlərinin ifasında şeir, musiqi səsləndirilib, rəqslər izlənilib “Yaşa Azərbaycan” ( Ələkbərzadə Yusif və Qasımov Sənan 8ə) “ Axşam oldu” skripka (Sultanlı Nihad 8f “ Azərbaycan” şeiri ( Əliyeva Səlimə 8ə ) “ Azərbaycanım” (Ayxan Hacıyev 9b) “ Gözün aydın Azərbaycan” şeir (Mollayeva Mələk , Hüseynova Ruqiyyə 8e) Müslüm Moqamayev “Azərbaycan”( Cəfərli Nihad 9b) “Şuşanın dağları”-rəqs ( Məmmədli Nigar 5a) “Yaşa var ol hər zaman Azərbaycanım!”- şeir ( Məlik Şiriyev 8e) “Nazəndə sevgilim” fortepianinoda ifa( İmanlı Xədicə 9e) “Təmiz səma altında” – mahnı (6a sinif şagirdlərinin ifasında) “Vətən” haqqında mahnı ( 8ə sinif şagirdlərinin ifasında) “Xudayar Təsnifi”- ifa ( Cavid Məmmədli 7ç) Emin Sabitoğlu “Azəybaycan” mahnısı ( Yusif,Səlimə 8ə və Mələk 8e) Fikrət Əmirov lirik rəqs, pianino – (Firuzə 5a) “Can Azərbaycan” mahnısı-(7c sinif şagirdlərinin ifasında) Skripkada ifa (Qəhramanlı Məlahət 5c) “Şən Azərbaycan” (5a sinif şagirdlərinin ifasında).

 

Qeyd edək ki, tədbirdə qonaq qismində AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı iştirak edib. O, Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə keçirilən tədbiri yüksək qiymətləndirməklə yanaşı, tədbir iştirakçılarını və xalqımızı təbrik edib.

Həmçinin, məktəb rəhbərliyi və qonaqlar tədbirin təşkilinə, istedadlı şagirdlərin aşkar olunması və onların istedadlarının inkişafına dəstəyə görə gimnaziyanın musiqi müəllimi Şəhla Mirbağırovaya təşəkkürlərini bildiririblər.

   

   

   

Kanal32.az