Bakı Slavyan Universitetində (BSU) “Odessa hüquq Akademiyası “Milli Universitetinin Kiyev Əqli mülkiyyət və Hüquq Universitetinin Konstitutsiya, Beynəlxalq hüquq və ictimai Hüquq fənləri kafedrasının professoru Arif Quliyevin “Millətin atası” (Отец нации) kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən BSU-nun Tədris işləri üzrə prorektoru, dosent Ənvər Abbasov qonağı salamlayaraq, onu universitetdə görməkdən məmnunluğunu ifadə edib. O, Ulu Öndərin həyatımızın bütün sahələrini əhatə edən zəngin elmi-nəzəri irsi əks olunduğu bu kitabı əhəmiyyətli tədqiqat əsəri kimi yüksək qiymətləndirib.
Kitabın müəlllifi, Hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar təhsil işçisi, Ali təhsil Ukrayna Milli Elmlər Akademiyasının Akademiki Arif Quliyev Ümummilli liderin elmi, siyasi fəaliyyətinin daha dərindən öyrənilməsinin vacibliyindən danışıb. Kitabın ərsəyə gəlməsi istiqamətində apardığı tədqiqatlardan geniş şəkildə bəhs edib. Müəllif, həmçinin kitabın təqdimatında göstərdiyi dəstəyə görə BSU rəhbərliyinə təşəkkürünü bildirib.
BSU-nun Elm və İnnovasiyalar üzrə prorektoru Nailə Xəndan kitabın Azərbaycanın beynəlxalq əlaqələri, eləcə də Azərbaycan-Ukrayna əlaqələrinin araşdırılması baxımından təqdirəlayiq olduğunu vurğulayıb. Prorektor müəllifi təbrik edərək, ona gələcək elmi araşdırmalarında uğurlar arzulayıb.
Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd kitabın Ulu öndər Heydər Əliyevin siyasi portretinin yaradılması baxımından xüsusi əhəmiyyətə malik olduğunu deyib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov Ulu Öndərin millət və dövlət qarşısında misilsiz xidmətlərindən bəhs edən kitabın işıq üzü görməsi münasibətilə Arif Quliyevi təbrik edib.
Bakı şəhəri, 164 №-li tam orta məktəbin direktoru Kəmalə Qədirova xarici dillərdə yazılaraq işıq üzü görən kitabların əhəmiyyətindən danışıb. Nəfis tərtibatda çap olunmuş bu kitabın ərsəyə gəlməsinə görə müəllifə rəhbərlik etdiyi pedaqoji heyət adından təşəkkür edib.
/bsu-uni.edu.az/