Yekunlaşan”Bizim Cəbiş müəllim” layihəsi maraqlı məqamlarla yadda qalıb-FOTOLAR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl qrant müsabiqəsi çərçivəsində qalib olan Mingəçevir şəhər R.Qəhrəmanov adına 14 №-li tam orta məktəbin ibtidai sinif müəllimi Günel Nurəddinovanın “Bizim Cəbiş müəllim” adlı layihəsi öz işini uğurla yekunlaşıb.

Kanal32.az-ın məlumatına görə,15 yanvar 2023-cü il tarxidə ” Bizim Cəbiş müəllim ” layihəsinin yekun tədbiri keçirilib.Tədbirdə R.Qəhrəmanov adına 14 №-li tam orta məktəbin direktor vəzifəsini icra edən Zülfiyyə Məmmədova, Tədris işləri üzrə direktor müavini Zəminə Qarayeva,Təlim – tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Mahmudova, Mərkəzi Aran Regional Təhsil idarəsini Mingəçevir şəhəri üzrə Təhsil sektorunun məktəblər üzrə aparıcı məsləhətçi Pərviz Seyfullayev, layihənin eksperti Etiram Sadıqzadə iştirak edib. Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra layihə rəhbəri Günel Nurəddinova tədbir iştirakçılarını salamlayaraq layihənin davamlılığı və gözlənilən nəticələrlə bağlı cıxış edib.Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq fikir mübadiləsi apardılar.Sonda layihə iştirakçıları sertifikatlarla təltif edildiər.

Qeyd edək ki, ” Bizim Cəbiş müəllim ” layihəsinin əsas məqsədi oğlan uşaqları arasında müəllimlik peşəsinə marağın artmasına, habelə onlarda əsl kişi xarakterinin formalaşmasına nail olmaqdır Layihənin icrası 4 ay müddətində baş tutlub. Layihə çərçivəsində təlimçi Samir Şükürov tərəfindən 6 təlim oğlan uşaqlarına,1 təlim valideynlərə, 1 təlim isə məktəb kollektivinə keçirilib.

Kanal32.az