İyunun 23-də Mingəçevir şəhər Mənzil Təsərrüfatı İstehsal Birliyinin rəisi, Mingəçevir şəhər bələdiyyəsinin üzvü Şəhriyar Mustafayev, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında iştirak edib.
Konfransın “Yaşıl Gün”ə həsr olunan “İqtisadiyyatın yaşıllaşdırılması: Yaşıl və dairəvi iqtisadiyyat vasitəsilə inklüziv artıma nail olmaq” mövzusunda panel-müzakirəsində Şəhriyar Mustafayev Mingəçevir şəhərinin dayanıqlı enerji və iqlim fəaliyyət planında nəzərdə tutulmuş layihələrin hazırlanmasına texniki dəstək göstərilməsi və maliyyələşdirilməsi barədə qaldırdığı məsələdə müzakirə olunub.
Ekspert Çingiz Məmmədovun Azərbaycanda ilk dəfə olaraq Mingəçevirin “Yaşıl zona”ya çevrilməsi təklifi isə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, bu addımın reallaşması üçün Mingəçevirdə kifayət qədər potensila imkanlar var.
Kanal32.az konfransada həmin təklifin səsləndirilidiyi hissənin videosunu təqdim edir:
Kanal32.az