Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbərliyi ilə təsis edilən “Beynəlxalq İslam sufizmi” adlı ingilisdilli elmi-araşdırmalar jurnalı nəşr edilib.
Bildirilib ki, İslam təsəvvüfü elmi-tədqiqatlarının nəticələrini əks etdirən jurnalın baş redaktoru Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdur. Beynəlxalq standartlara tam cavab verən jurnalın redaksiya heyəti və ikili anonim rəyçi qrupu bu sahədə tanınmış xarici mütəxəssislərdən formalaşıb.
“Beynəlxalq İslam sufizmi” İslam təsəvvüfü sahəsindəki elmi yeniliklərlə bağlı tədqiqatçılar, tələbələr və oxucuların müzakirə aparmaları üçün əlaqələndirici platforma rolunu oynayır. Jurnal İslam təsəvvüfü ilə bağlı yaranan aktual akademik məsələlərə cavab vermək və bu sahənin daha da inkişafına dəstək olmaq məqsədilə çap olunur.
Jurnal ildə iki dəfə ingilis dilində nəşr ediləcək.