BDU-da akademiki Arif Quliyevin kitabının təqdimatı keçirilib-FOTOLAR

Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Heydər Əliyev İli çərçivəsində silsilə tədbirlər davam edir.
 Kanal32.az-a verilən məlumata görə Hüquq fakültəsində Ukraynanın “Odessa Hüquq Akademiyası” Milli Universitetinin professoru, Ukraynanın əməkdar təhsil işçisi, Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki Arif Quliyevin Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Millət atası”- “Отец нации” kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimini açıq elan edən Hüquq fakültəsinin dekanı Zaur Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərindən bəhs edərək kitabın əhəmiyyətini vurğulayıb.
Dekan qeyd edib ki, kitabda Ulu Öndərin müxtəlif illərdə göstərdiyi xidmətlərin qələmə alınması gələcək nəsillərə tarixi əhəmiyyətli hadisələrin ötürülməsi baxımından olduqca vacibdir. Hüquq fakültəsinin dekanı Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin memarı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin isə qalib Azərbaycan dövlətinin memarı olduğunu diqqətə çatdırlıb.
Kitabın müəllifi professor Arif Quliyev çıxışında kitabın ərsəyə gəlməsi haqqında məlumat verərək Ulu öndər Heydər Əliyevin Ukraynaya səfərləri haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Daha sonra çıxış edənlər – AMEA-nın müxbir üzvü, Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri professor Məsumə Məlikova, Cinayət prosesi kafedrasının müdiri professor Firuzə Abbasova, İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasının müdiri professor Əmir Əliyev kitab haqqında öz təəssüratlarını bölüşmüşlər.
Tədbirin sonunda müəllif Hüquq fakültəsi ilə sıx əməkdaşlıq etdiyinə görə dekan tərəfindən təşəkkürnamə ilə təltif edilib.
Kanal32.az