Azərbaycan vətəndaşı, hazırda Kanadada yaşayan Badamxanım Raufinin Axar TV-nin eifirində səsləndirdiyi iddialarla bağlıə Azərbaycan Respublikası Baş Prokurorluğu araşdırmalara başlayıb.
KANAL32.az xəbər verir ki,bu barədə hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin rəhbəri Səməd Vəlikov məlumat verib.
“Badamxanım Raufi atası Lətif Sədiyar oğlu Xəlilov və anası Zəkiyyə Əhməd qızı Xəlilovanın qardaşı Soltan Xəlilovun həyat yoldaşı Zəhra və onunla əlbir olan bir qrup şəxs tərəfindən öldürülərək, əmlakının ələ keçirilməsi ilə bağlı Axar TV-yə müsahibə vermişdi. Müvəkkil Hüquq Mərkəzinə müraciətdən sonra Axar TV-də yayımlanan müsahibə Baş Prokurorluğa göndərildi. Belə ki, cinayət prosessual qanunverciliyə əsasən, cinayətin törədilməsi və ya onun törədilməsinə hazırlıq faktına dair müvafiq media subyektinə məlum olan, cinayət işinin başlanması üçün səbəb hesab edilən media subyektlərinin məlumatları mətbuatda, radioda, televiziyada əks etdirildikdən sonra cinayət təqibi orqanlarına göndərilməlidir. Biz də qanunvericiliyin tələbinə uyğun olaraq B.Raufinin müsahibəsini Baş Prokurorluğa təqdim etdik.
Bundan sonra Baş Prokurorluq adiyyəti üzrə müraciətin araşadırılmasını hadisənin baş verdiyi Səbail Rayon Prokurorluğuna göndərmişdir. Hazırda Səbail Rayon Prokurorluğunda iş üzrə araşdırma başlanıb, Badamxanım Raufi vəkili Ülvi Nağıyevlə birlikdə iş üzrə izahat verib”, – S.Vəkilov bildirib.