Bərdədə ağac və gül kolları məhv olma təhlükəsilə üzləşib-VİDEO

Bərdədə ağac və gül kolları məhv olma təhlükəsilə üzləşib.

“AMERİKA AĞ KƏPƏNYİ” adlı ziyanvericilərlə sirayətlənib. Geniş əraziyə yayılan zərərvericilər əkin sahələrilə yanaşı fərdi təsərrüfatlarda da müşahidə olunur.

Fakt Bərdə Regional Bitki Muhafizə və Fumiqasiya mərkəzindən təsdiqlənib. Bildirilib ki, zərərvericilər rayin ərasizində əkin sahələri və yaçayış məntəqələrində qeydə alınıb. Bu gün mərkəzin əməkdaşları tərəfindən Bərdə şəhərindəki fərdi təsərrüfatlarda dərmanlama işləri aparılıb.

Zərərvericilər əsasən çoxillik ağaclarda, gül kollarında, bəzi yerlərdə isə əkin sahələrində də müşahidə edilib.

Qeyd edək ki, ziyanvericilərin yayıldığı ərazilərdə minlərlə ağacın zərər gördüyü bildirilib

Bərdədə ağac və gül kolları məhv olma təhlükəsilə üzləşib-VİDEO