Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki Səfirliyi sərmayədarlara təqdim olunan xidmətlərlə bağlı videokonfrans vasitəsilə təqdimat təşkil edib.
BƏƏ səfirliyindən verilən məlumata görə, həmin xidmətlər //www.investemirates.ae/ saytında yer alıb.
Tədbirdə səfirliyin müvəqqəti işlər vəkili Abdalla əl-Şəmsi, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Şükürov və Dubay Ticarət Palatası Bakı ofisinin direktoru Sənan Nəsibli iştirak ediblər.
Azərbaycandan olan investorlara Dubayla yanaşı, digər əmirliklərdə mövcud olan biznes fürsətləri, eləcə də saytdan istifadə qaydası, güzəştlər, qanunlar, BƏƏ-dəki investisiya mühütinə dair məlumat verilib.