Mingəçevir yarandığı gündən qaynar təbiətli insanların yurd yeri olub.O insanların ki,qurub-yaradan,ürəyi daim yenilik arzusu ilə döyünən şəxslərin inkişafı,fəaliyyəti üçün ona qucaq açıb imkan yaradıb.Odur ki,şəhər yaradıcı adamları,onlar da şəhərləri ilə qürur duyub, fəxr ediblər.
Bir mingəçevirli,qələm əhli kimi yüzlərlə belə şəxsiyyətlərlə ünsiyyət qurub,barələrində yazılar yazmışam..Belə insanlardan biri də elm adamı,Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru,gəldiyi beş ay ərzində rəhbərlik etdiyi kollektivin potensial gücünə arxalanaraq,həm də bu amili yeni kadrlarla zənginləşdirmək hesabına çoxsaylı ilklərə imza atan Anar Nazim oğlu Eminovdur. Mənim üçün çox xoşdur ki,bu gün-avqustun 17-də gənc və enerjili, xoş iddialı rektorun ad günündə onu ölkə mətbuatında təbrik edirəm. Həm də doğma şəhərimin ali təhsil ocağında cəmi 5 aya yaxın müddətdə gördüyü işlərin ümumi mənzərəsinin oxucuların diqqətinə çatdırmaq istəyirəm…
Aprel ayını MDU üçün uğurlu saymaq olar. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Anar Eminov təhsil ocağına rektor təyin edilib. Azərbaycanlı iqtisadcı,pedoqoq,iqtisad üzrə fəlsəfə doktoru,dosent Anar Eminovun keçdiyi mənalı həyat yolunu izləyirəm. Sumqayıt şəhər texniki və təbiət liseyində təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq ticarət ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub.Təbii ki,müstəqil respublikamızın inkişafına öz təhfələrini bunula kifayətlənməyən neçə-neçə gənc kimi bu yolda addımlamağa davam edib.2003-2004 cü illərdə Türkiyənin Egey Universitetini,2004-2006-cı illərdə isə Doqquz Eylül Universitetinin magistratura səviyyəsində beynəlxalq biznesin idarə edilməsi ixtisası üzrə fərqlənmə ilə bitirib. Həmin dövrdə Türkiyə Gənc Girimlər Birliyinin üzvü,Azərbaycan Marketinq Cəmiyyətinin Türkiyə üzrə rəhbəri olub.
Anar müəllim 2006-2010-cu illərdə Qərb Universitetində hüquqşünas ixtisasına yiyələnib. Bütün təhsil illəri onun elmi axtarışlarına böyük təkan verir və o,dünya iqtisadiyyatı ixtisası üzrə müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alır. Bütün bunlar Anar müəllimin davamlı elmi axtarışlarına və rəhbərlik karyerasındakı uğurlu addımlarına təkan verir.
2023-cü ildə əvvəlcə Azərbaycan Texniki Universitetinin (AzTU) Tədqiqat və inkişaf şöbəsinin müdiri, daha sonra Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 200-ə yaxın elmi məqalə, 5 dərs vəsaiti, 1 monoqrafiyanın müəllifidir. Bu gün inamla deyə bilərik ki,son ayların uğurla həyata keçirilən tədbirləri MDU-nu region üzrə ən nüfuzlu universitetə çevirib.Əllbəttə Anar müəllimin rəhbərliyi və təşəbbüsü ilə respublika elmi müəssisələri arsında bir neçə maraqlı tədbir və layihələrin həyata keçirilməsi fikrimizi təsdiqləyir.
Mingəçevirdə “Gələcəyə Birlikdə Sosial Fəallıq və İnkişaf Proqramı”layihəsi çərçivəsində Gənclər Forumunun keçirilməsi,MDU-nun ali təhsil müəssisələrinin sərgisində iştirakı,şəhərimizdə Regional Universitet-Sənaye Birliyinin Sammitinin baş tutması və s.tədbirlər bu qəbildəndir.
13 və 14 avqust tarixində MDU-nin ev sahibliyi,Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi,Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurası və “İşıqlı Gələcək”İB-nin birgə təşkilatçılığı ilə “Konstitutsiya və Suverenlik ili çərçivəsində “Gələcəyə Birlikdə Sosial Fəallıq və İnkişaf Proqramı”həyata keçirilib.Bununla yanaşı Layihə çərçivəsində “Birlikdə güclüyük”Gənclər Forumu da baş tutub.
Digər bir mühüm tədbi rdə Anar müəllimin zəhməti ilə həyata keçib.MDU-ilə “Qafqaz-Qəbələ”MMC arasında turizm sahəsində ixtisaslı və peşəkar kadrların hazırlanmasına dair əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Keçirilmiş və yaxın zamanlarda reallaşacaq müxtəlif istiqamətli və təyinatlı tədbirlər MDU-nun növbəti dərs ilində müəllim və tələbələrinin yüksək fəallığından xəbər verir.Təbii ki,bütün bunların fövqündə rektor Anar Eminovun təşəbbüskarlıq fəaliyyəti durur.
Ad gününüz qutlu,qarşıdakı fəaliyyətləriniz isə uğurlu olsun,Anar müəllim!
Esmira Hidayətova,
Mingəçevir