Azərbaycanlı teleaparıcının nəzirəsi özbəkləri heyran edib-VİDEO

Türkiyədə yaşayan azərbaycanlı soydaşımız Səidə Ömərin özbək mahnısına yazdığı nəzirə insanlar tərəfindən maraqla qarşılanıb.

Belə ki, “Məni Sevib Qalsaydın” adlı nəzirə Özbəkistan Mədəniyyət Naziri, xalq artisti (müğənni) Ozodbek Nazarbekovun repertuarında əsas yer tutan məşhur ifası – “Mani Sevib Qolsayding” mahnısına yazılıb.

Qeyd edək ki, Türk Dünyasına xidmətləri ilə sevilən Səidə Ömər İstanbul Universitetinin fəlsəfə doktorudur, eyni zamanda artıq 4 ildirki Türkiyə televizyasında yayımlanan “Azərbaycan Rüzgarı” programının müəllifi və aparıcısıdır.

Avrasiya.net