Qətərin Şura Məclisinin sədri Həsən bin Abdulla Al-Ğanim Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılovla görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki dost ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub, həmçinin qanunverici orqanlar arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfir Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın məktubunu Qətərin Şura Məclisinin spikerinə təqdim edib. Məktubda parlamentlər arasında əməkdaşlığın daha da inkişafının zəruriliyi vurğulanıb, həmçinin Azərbaycan parlamentinin sədri öz həmkarını bu il iyunun 30-dan iyulun 1-dək Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin iclasında iştirak etməyə dəvət edib.
Həsən bin Abdulla Al-Ğanim azərbaycanlı həmkarının dəvətini məmnunluqla qarşılayıb.