“Azərbaycan qadınının gözəllik rəmzi-Kəlağayı” müsabiqəsinin qalibləri təltif edilib-FOTO

Bakıda “Azərbaycan qadınının gözəllik rəmzi – Kəlağayı” müsabiqəsinin nəticələri və qaliblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının birinci Vitse-Prezidenti, H.Əliyev fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycan kəlağayı sənəti “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və dünyaya təqdim olunmasının 10 illik yubileyi ilə əlaqədar Dünya Azərbaycan qadınları arasında “Azərbaycan qadınının gözəllik rəmzi – Kəlağayı müsabiqəsi” keçirilib.

Kanal32.az-a verilən məlumata görə Bakı şəhərində müsabiqənin yekun hesabatının təqdimatı, qaliblərin və iştirakçıların mükafatlandırılma mərasimi təşkil olunub.Tədbirdə layihənin rəhbəri, Rusiyada “Dünya Azərbaycan Qadınları” İctimai Birliyinin sədri Xatirə Qəmbərova çıxış edərək müsabiqə haqqında yekun hesabatı təqdim edərək bütün iştirakçılara təşəkkürünü bildirib və münsiflər heyətinin seçdiyi qaliblərin siyahısını açıqlayıb.

Layihəyə təşkilati dəstək göstərən Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zenfira Ağayeva çıxış edərək qonaqları salamlayıb və qaliblərə öz təbriklərini çatdırıb.

Münsiflər heyətinin sədri Əməkdar İncəsənət xadimi Fəxriyə Xələfova telefon bağlantısı ilə tədbirə qoşularaq qalibləri təbrik edib  və tədbirin uğurlu keçməsini arzulayıb.

Qeyd edək ki,tədbirdə münsiflər heyətinin fəxri üzvü, pedaqogika elmləri doktori Zəhra Muradova, şairə-publisist Güllü Eldar Tomarlı, dosent İlhamə Qəsəbova, şairə-publisist Nəsibə İsrafilqızı və digər xanımlar iştirak ediblər.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən 250 xanım 600 obrazla qatılıblar. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirlib və Bakıda olan xanımlara mükafatlar təqdim olunub.

                 

Müsabiqədə “Kollektiv iştirak” nominasiyası üzrə 3-cü yer Sada Ali Aşraf ,”AZƏRBAYCANI KƏŞF ET” layhəsinin prezidenti. Sabina Samadova,Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurasının Misir üzrə koordinatoru Adam Havvas, Misir və Azərbaycan arasında ən kiçik diplomat. Münsiflər heyətinin simpatiyası

     

Mehriban Paşayeva. Bakı.“Milli geyimlə kəlağayı”nominasiyası üzrə orta yaş qrupuna görə 1-ci yerin qalibi

Ruhiyyə Civişova. Bakı. “Milli geyimlə kəlağayı” nominasiyası üzrə orta yaş qrupuna görə 2-ci yerin qalib

Aytən Əliyeva “Müasir geyimlərlə kəlağayı” nominasiyası üzrə 1-ci yerin qalibi.

Məhəbbət Qəmbərova-İsmayıllı rayon C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinin müəllim kollektivi, məktəbin direktoru -Kollektiv iştiraka görə 2-ci yer

Ulduz Əsgərova. Moskva.İştirakına və təşkilatçılığına görə Fəxri Diplomla təltif olunub..

Şəfatova Ülkər. Moskva. Yeniyetmə və gənclər arasında “Müasir geyim və kəlağayı” nominasiyası üzrə 2-ci yer

         

Yasəmən Möhübbətqızı ,Bakı.”Müasir geyimlə kəlağayı” nominasiyası üzrə 3-cü yerin qalibi

Fatma Nəzirli.Sankt-Peterburq.“Müasir geyimlə kəlağayı” nominasiyası üzrə ,orta yaş qrupuna görə 3-ci yerin qalibi

Nigar Xəlilova. Ərəbistan. Müsabiqədə iştirakına görə Təşəkkürnamə ilə təltif olunub.

Tədbir rəsmi hissədən sonra bədii hissə ilə yekunlaşıb.

   

         

Kanal32.az

 

“Azərbaycan qadınının gözəllik rəmzi-Kəlağayı" müsabiqəsinin qalibləri təltif edilib-FOTO