Azərbaycan qadınının gözəllik rəmzi – Kəlağayı” müsabiqəsinin Krım təqdimatı, qaliblərin və iştirakçıların mükafatlandırılması ilə əlaqədar tədbir keçirilib.
Bu barədə məlumatı Kanal32-yə açıqlamasında layihənin rəhbəri,Dünya Azərbaycan Qadınlar Birliyinin rəhbəri Xatirə Qəmbərova deyib. X.Qəmbərova bildirib ki, tədbirdə başqa millətlərin nümayəndələri də iştirak edib: “Müsabiqədə Krımdan 20 nəfər iştirak edib. Tədbirin təşkilatçısı, DAQİB-nin Krım nümayəndəsi Qızqayıt Qədirovaya, təşkilati dəstəyə görə -Ətir Loğmanova,Gültəkin Hüseynova,Leyla Muradzadəyə və müsabiqə iştirakçılarına təşəkkür edirik”.
Tədbir rəsmi və qeyri -rəsmi hissədən ibarət olub.
Mərasimi giriş sözü ilə Gültəkin Hüseynova açıq elan edib. Kəlağayı haqqında ,onun milli-mənəvi dəyərlərimiz kimi yaşadıb,müasir geyimlərlə istifadə olunmasının vacib olmasını,kəlağayımızı mədəni irs olaraq gələcək nəsillərə ötürməyin vacib olduğunu qeyd edib.
Tədbirin təşkilatçısı Qızqayıt Qədirova müsabiqə haqqında qonaqlara geniş məlumat verib. Müsabiqədə Krımdan iştirak edən qalibləri,iştirakçıları,təşkilatçıları Diplom və hədiyyələrlə mükafatlandırıb. Tədbirdə iştirak edən xarici qonaqlar çıxış edərək kəlağayımızın gözəlliyindən öz xoş təəssüratlarını bölüşüblər. Mətbəximizin dadlı təamları qonaqları valeh edib. Xanımlar,gənclər milli geyimlərdə,kəlağayı ilə tədbirə rəng qatıblar.
Qeyd edək ki, müsabiqə milli baş örtüyü kəlağayımızın UNESKO-nun Qeyri-Maddi-Mədəni İrs üzrə Peprezentativ siyahısına daxil edilməsinin 10 illiyi ilə əlaqədar dünya Azərbaycan qadınları arasında keçirilib. Müsabiqənin münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, modelyer Fəxriyə Xələfovadır.
Müsabiqənin təqdimatı,qaliblərin və iştirakçıların mükafatlandırılması Rusiyanın bir çox regionlarında davam edir.
Kanal32.az