Azərbaycan-Özbəkistan Münasibətlərində Yeni Strateji Mərhələ 

Əbədi DostluqAzərbaycan-Özbəkistan Münasibətlərində Yeni Strateji Mərhələ 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” Daşkənddə 23 avqust 2026-cı ildə imzalanmışdır. Bu müqavilə Azərbaycan-Özbəkistan münasibətlərinin dostluqdan daha yüksək səviyyəyə qalxdığını göstəricidir. Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə və strateji tərəfdaşlığa əsaslanır.  “Əbədi dostluq haqqında Müqavilə” İki dövlət arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi üçün möhkəm əsas yaranır. Ən əhəmiyyətlisi də türk dövlətləri arasında həmrəyliyin artması baxımından bu sənəd mühüm önəm daşıyır. Müqavilədə göstərilir ki, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyirlər. Sənəddə həmçinin qeyd olunub ki, Azərbaycan və Özbəkistan qarşı tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vura biləcək blok və ittifaqlarda iştirak etməyəcək, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfə qarşı istifadə olunmasına imkan verməyəcəklər. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Özbəkistan TDT-ni təkcə dövlətlərarası əməkdaşlıq platforması kimi deyil, həm də ortaq tariximizi, mədəniyyətimizi və mənəvi dəyərlərimizi gələcəyə daşıyan mühüm birlik kimi dəyərləndirir. Azərbaycan-Özbəkistan münasibətləri ortaq köklərə, qarşılıqlı hörmətə və strateji müttəfiqliyə söykənərək yüksələn xətlə inkişaf edir. Azərbaycan ilə Özbəkistan arasında dostluq, qardaşlıq və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edərək yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan mühüm sənədlər iki ölkə arasındakı əlaqələrin strateji xarakterini bir daha təsdiqləyir. Azərbaycan və Özbəkistanın dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır.

Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.  Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə qeyd edilən 15 qarşılıqlı yüksək səviyyəli səfər və sıx təmaslar da münasibətlərin intensivliyini göstərən mühüm faktordur. 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri zamanı imzalanmış sənədlər, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkənin siyasi münasibətlərinə yeni mərhələ gətirmişdir. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə bu münasibətlərin institusional dayaqlarını daha da möhkəmləndirmişdir.Bu müqavilələr Azərbaycan və Özbəkistan arasında uzunmüddətli əməkdaşlıq prioritetlərinin müəyyənləşdirilməsi və birgə təşəbbüslərin əlaqələndirilməsi baxımından  çox böyük əhəmiyyət daşıyır. Özbəkistan və Azərbaycan arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur.   Azərbaycan və Özbəkistan bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır.

Azərbaycan da bütün məsələlərdə Özbəkistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq forumlarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər.

Müqavilə siyasi, iqtisadi, investisiya, energetika, nəqliyyat və logistika, rəqəmsal inkişaf, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. 44 günlük Vətən Müharibəsindən qalib çıxan Azərbaycan öz suverenliyini, təhlükəsizliyini və milli maraqlarını tam təmin etməklə yanaşı, Cənubi Qafqaz regionunda aparıcı iqtisadi və siyasi aktyor kimi qəbul edilməyə davam edir, regionda siyasi sabitliyin təmin edilməsində mühüm məsuliyyətlər götürür həm də regional və qlobal miqyasda mühüm siyasi xətt yürüdür. Bütün ölkələrlə qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipinə əsaslanan bu siyasi kurs xüsusilə Vətən müharibəsindən sonra Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların əsas hərəkətverici qüvvəsinə çevrilib. Özbəkistan və Azərbaycan ittifaqı: 2030-cu ilə qədər ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı hədəfləyir. Şavkat Mirziyoyev və İlham Əliyev Daşkənddə Əbədi Dostluq Müqaviləsi imzalayıblar, eyni zamanda bankçılıq, enerji, turizm və mədənçilik sahələrində yeni layihələrə başlayıblar. İki ölkə həmçinin 2027-ci ildə keçiriləcək FIFA U-20 Dünya Kubokuna birgə ev sahibliyi edəcək. Özbəkistan və Azərbaycan bazar günü Əbədi Dostluq Müqaviləsini imzalayıblar .

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev   Daşkənddə keçirilən görüşdə iqtisadi və nəqliyyat əlaqələrini daha da dərinləşdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzi Asiya və Azərbaycanı “vahid geosiyasi və geoiqtisadi bölgə” adlandırdı.

Danışıqlardan sonra mətbuata açıqlama verən Özbəkistan Prezidenti Mirziyoyev Azərbaycanı “etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş ölkəmiz” adlandırıb. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəsinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq formatında iştirakındakı rolunu vurğulayaraq bildirib: “Əməkdaşlığın coğrafiyası genişlənib. Mərkəzi Asiya və Azərbaycan bu gün böyük potensiala və gələcəkdə daha böyük inkişaf imkanlarına malik vahid geosiyasi və iqtisadi bölgədir. Azərbaycanla Özbəkistan arasında sıx əməkdaşlıq əsasən regionun müsbət inkişaf dinamikasını müəyyən edir. Bu, həmçinin böyük, hətta yeni formalaşmış və artıq kifayət qədər inteqrasiya olunmuş bir regionun ümumi müsbət inkişaf dinamikasından da çox asılıdır”. Özbəkistan Prezidenti Mirziyoyev Prezident İlham Əliyevin məqsədyönlü və qətiyyətli siyasi mövqeyini vurğulayaraq bildirib ki, “Münasibətlərimizin əsasında ortaq sivilizasiya kodeksi dayanır”. “Məhz bu siyasət sayəsində ölkənin ərazi bütövlüyünü bərpa etmək və çoxdan gözlənilən sülh və sabitliyə nail olmaq mümkün olub. Qədim Qarabağ torpaqları dirçəlir. Orada sosial infrastruktur fəal şəkildə qurulur, iş yerləri və müəssisələr yaradılır. Mən şəxsən Qarabağda görülən işlərin şahidi olmuşam və bundan məmnunam. İnsanların dinc və firavan həyata qayıtması üçün hər şey edilir. Azərbaycan bizim etibarlı müttəfiqimiz, strateji tərəfdaşımız və qardaş dövlətimizdir.  Münasibətlərimizin əsasında ortaq sivilizasiya kodeksi dayanır. Ortaq tarixi köklər, əsrlər boyu davam edən dostluq, sarsılmaz mənəvi dəyərlər, oxşar mədəniyyət və ənənələr var. Bu dərin əlaqələr münasibətlərimizi monolit və xarici təsirlərə qarşı toxunulmaz edir”, – deyə o əlavə edib. Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin daha da dərinləşməsi baxımından müsbət addımlardır. Azərbaycan və Özbəkistan arasında qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq hər iki ölkə üçün yeni imkanlar, yeni investisiyalar və biznes əlaqələrinin genişlənməsi deməkdir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ikitərəfli əlaqələrin artması Təşkilatı daha da gücləndirəcək.

 

S.e.f.ddosent Murtəza Həsənov  

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə Fakültəsinin Dekanı